...

Binəqədidə evlərin həyətini su basıb

Cəmiyyət Materials 29 Mart 2016 18:00 (UTC +04:00)
Binəqədidə evlərin həyətini su basıb.
Binəqədidə evlərin həyətini su basıb

Bakı. Trend:

Binəqədidə evlərin həyətini su basıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda yağan yağış nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması və vətəndaşların köməksiz vəziyyətdə qalması haqqında məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub və evlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara müvafiq köməklik göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti