...

Şəxsiyyət vəsiqələrinin verilməsi üzrə səyyar xidmətlər davam etdirilir

Cəmiyyət Materials 31 Mart 2016 19:49 (UTC +04:00)
Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.
Şəxsiyyət vəsiqələrinin verilməsi üzrə səyyar xidmətlər davam etdirilir

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinin tapşırığı, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü ilə ölkəmizin şəhər və rayonlarında şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətlər davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, şəxsiyyət vəsiqələrinin verilməsi işinin daha da sürətləndirilməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi daşıyan növbəti tədbirlər respublikanın Qazax və Sumqayıt şəhərlərində, həmçinin paytaxtın Qaradağ, Suraxanı və Səbail rayonlarında baş tutub.
Səyyar xidmətlər zamanı ümumilikdə 1650-yə yaxın şəxsin müvafiq sənədləri qəbul edilib.

Belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti