...

Acarıstanın qəzetində "31 mart – Azərbaycanlıların soyqırımı günü" adlı məqalə dərc edilib

Cəmiyyət Materials 31 Mart 2016 20:02 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın Batumi şəhərindəki Baş konsulluğunun təşəbbüsü ilə Acarıstan Muxtar Respublikasının nüfuzlu "Adjara P.S." qəzetində gürcü dilində "31 mart - Azərbaycanlıların soyqırımı günü" adlı məqalə dərc edilib.

Məqalədə deyilir ki, XX əsrin əvvəllərində xalqımıza qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirməyə başlayan daşnaklar 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar törətmiş, on minlərlə soydaşımızı qətlə yetirmişlər. Xalqımıza qarşı etnik təmizləmə siyasəti sonrakı dövrlərdə də davam etdirilmiş, 1988-1994-cü illərdə təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində torpaqlarımızın 20 faizi zəbt edilmiş, 20 minədək azərbaycanlı şəhid olmuş, bir milyona yaxın həmvətənimiz doğma torpaqlarından qovulmuşlar.

Qeyd edilir ki, erməni şovinistləri əsrlər boyu öz məkrli niyyətlərinə çatmaq üçün hər cür vasitəyə əl atmış, dinc əhaliyə qarşı misli görünməmiş cinayətlər törətmişlər. Bu cinayətləri ört-basdır etmək üçün ermənilər özlərini məzlum və yazıq xalq kimi təqdim edir, qondarma "erməni soyqırımı" iddialarını irəli sürürlər.

Məqalədə, həmçinin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi elan olunduğu oxucuların diqqətinə çatdırılır. O cümlədən, Prezident İlham Əliyevin qətiyyəti sayəsində Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin artıq nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də pislənilməsi, Azərbaycanın ədalətli mövqeyi dəstəklənməsi qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti