...

Somalidə öldürülən azərbaycanlının cənazəsi bu gecə Bakıya gətiriləcək

Cəmiyyət Materials 2 Aprel 2016 16:32 (UTC +04:00)
Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa hücum nəticəsində dünyasını dəyişmiş azərbaycanlı Kamaliya İsmayılovanın cənazəsi bu gecə Azərbaycana gətiriləcək.
Somalidə öldürülən azərbaycanlının cənazəsi bu gecə Bakıya gətiriləcək

Bakı. Samir Əli - Trend:

Somalinin paytaxtı Moqadişo yaxınlığında mikroavtobusa hücum nəticəsində dünyasını dəyişmiş azərbaycanlı Kamaliya İsmayılovanın cənazəsi bu gecə Azərbaycana gətiriləcək. Bu barədə Trend-ə mərhumun yaxınları məlumat verib.

Məlumata əsasən, cənazə artıq İstanbuldadır və meyitin Bakıya gətirilməsi üçün hazırlıqlara başlanıb. K.İsmayılovanın cənazəsi aprelin 2-də İstanbul hava limanından J-28080 İstanbul-Bakı aviareysi ilə Bakı vaxtı ilə saat 23:30-da paytaxtımıza yola salınacaq.

Aprelin 3-də Göyçay rayonunun Ləkçıplaq kəndində dəfn mərasimi keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti