Bu vaxta qədər nazirliyin xətti ilə 5336 əlil və şəhid ailəsi mənzillə təmin olunub

Bu vaxta qədər nazirliyin xətti ilə 5336 əlil və şəhid ailəsi mənzillə təmin olunub

Bakı. Trend:

Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirlməsi ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu istiqamətdə icra olunan sosial proqramlardan biri kimi, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların mənzillə təminatı məqsədilə mühüm addımlar atılır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" 20 iyun 2014-cü il tarixli sərəncamı bu istiqamətdə tədbirlərin daha da güclənməsinə şərait yaradıb. Sərəncamın icrası işlərinin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təkcə keçən il və cari ilin ötən dövründə 385 nəfər, o cümlədən 180 nəfər Qarabağ müharibəsi əlili, 205 şəhid ailəsi müasir tələblərə cavab verən yeni mənzillərlə təmin ediliblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ümumilikdə bu vaxta qədər nazirliyin xətti ilə 5336 nəfər əlil və şəhid ailəsi mənzillə təmin olunub.

Dövlət başçısının qeyd edilən sərəncamına əsasən, 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub. Hazırda sərəncamın icrası olaraq, respublikamızın bölgələrində yeni fərdi yaşayış evlərinin, çoxmənzilli binaların tikintisi, hazır yaşayış binalarından mənzillərin alınaraq təmir etdirilməsi istiqamətində işlər uğurla davam etdirilir.

Qarabağ müharibəsi əlillərinin minik avtomobilləri ilə təminatı da diqqətdə saxlanılır. Dövlət başçısının 23 dekabr 2013-cü il tarixli və 30 aprel 2014-cü il tarixli sərəncamları bu sahədə mühüm addımların atılmasına şərait yaradıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hələ 2014-cü ildə artıq həmin ilədək növbədə dayanan bütün imtiyazlı şəxslərin avtomobillə təminatı başa çatdırılmaqla, 2014-cü il ərzində növbəyə dayananların avtomobillə təminatına başlanılıb. İndiyədək ölkəmizdə dövlət tərəfindən 5750 nəfər müharibə əlili və onlara bərabər tutulan şəxsə minik avtomobili verilib ki, onların 33,6 faizi (1933 nəfər) məhz 2014-2015-ci illərdə "Naz-LİFAN" markalı avtomobillə təmin ediliblər.

Qarabağ müharibəsi əlilləri əlilliyə görə aylıq sosial müavinət və ya əmək pensiyası ilə ilə yanaşı, Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə də təmin edilirlər. Şəhid ailələrinə də Azərbaycan Prezidentinin aylıq təqaüdü ödənilir. Dövlət başçısının 16 yanvar 2016-cı il tarixli fərmanı ilə həmin təqaüdlərin məbləği cari ilin fevralın 1-dən 10 faiz artırılıb.

Eyni zamanda Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin 16 yaşadək (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə görə aylıq sosial müavinət də ödənilir və bu müavinətin məbləği cari il fevralın 1-dən 10 faiz artırılıb. Yaşa görə əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə də hesablanır. Digər tərəfdən, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət də ödənilir.

Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin övladlarının təhsilinə də xüsusi diqqət və qayğı göstərilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli sərəncamına əsasən, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanların, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların, şəhid ailələrinin respublikamızın ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan uşaqlarının təhsil müddəti ərzində təhsil haqqının 2014/2015-ci tədris ilindən etibarən Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsinə başlanılıb.

Ölkənin əmək qanunvericiliyində Qarabağ müharibəsi əlilləri və şəhid ailəsi üzvləri üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb. Qeyd olunanlarla yanaşı, bu təbəqələrdən olan vətəndaşların dövlət hesabına bərpa-müalicəsinin və reabilitasiyasının təşkili, onların reabilitasiya vasitələri ilə təminatı istiqamətində də müvafiq tədbirlər həyata keçirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2015-ci ilin sentyabrında əsaslı yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi əlilliyi olan vətəndaşlara, xüsusən də ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə ən müasir tələblərə uyğun səviyyədə tibbi-sosial reabilitasiya xidmətinin göstərilməsinə şərait yaradıb. Ümumilikdə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində hər il 8 mindən çox əlilliyi olan şəxsə müvafiq xidmətlər göstərilir ki, onlardan mühüm bir qismini də Qarabağ müharibəsi əlilləri təşkil edir. Bununla bərabər, onların xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili də təmin edilir. Təkcə 2015-ci ildə əvvəlki illə müqayisədə 64,6 faiz çox, yəni 265 nəfər xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilib ki, onlardan bir hissəsi də məhz Qarabağ müharibəsi əlilləri olub.

Azərbaycanda sosial müdafiə sahəsinə daim artan dövlət qayğısı həmin insanların hərtərəfli təminatının güclənməsinə yönələn işlərin qarşıdakı dövrdə də uğurla davam etdirilməsinə əsas yaradıb.

“AccessBank” “HPе 3PAR” avadanlığına illik dəstək üzrə tender elan edir
“AccessBank” “HPе 3PAR” avadanlığına illik dəstək üzrə tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Loading Bars
Xəbər lenti
Ermənistan terroru nəticəsində Bərdədə öldürülən şəxslərin adları açıqlanıb - SİYAHI
Onlar elə bilirlər ki, bizi qorxudacaqlar, amma... - Erməni raketinin yaraladığı Bərdə sakinləri danışır (FOTO)
Ermənistanın Bərdəyə raket hücumu nəticəsində həlak olan şəxslərin adları açıqlandı
İran ilk günlərdən Azərbaycanın ərazilərinin işğal olunmasına müxalif olub - İran XİN müavini
Prezident İlham Əliyev: İran-Azərbaycan əlaqələri son illər ərzində çox sürətlə inkişaf edib
Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır - Seyid Abbas Əraqçi (ÖZƏL)
Prezident İlham Əliyev: Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq
Ceyhun Bayramovun Böyük Britaniyanın Dövlət Naziri ilə telefon danışığı olub
İran günahsız insanların öldürülməsini və şəhərlərin atəşə tutulmasını qəbuledilməz hesab edir - Əraqçidən ÖZƏL açıqlama
Döyüş meydanından qaçan düşmən qüvvələri məhv edilib (VİDEO)
Prezident İlham Əliyev İran Prezidentinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)
FHN-in rəhbər heyəti hazırda Bərdə rayonundadır (FOTO)
Azərbaycan artilleriyaçıları düşməni belə məhv edir (VİDEO)
Ermənistan mülki insanlara qarşı növbəti dəfə terror akı törətməklə beynəlxalq hüququ kobud şəkildə pozdu - Ombudsman
Azercell Bərdəlilərin yanındadır!
Ermənistanın Bərdəyə raket atəşi nəticəsində yaralananların vəziyyəti ağırdır - Xəstəxana direktoru
Dinc əhalini atəşə tutan düşmənin canlı qüvvəsi sərrast atəşlə məhv edilib (VİDEO)
Düşmən bilməlidir ki, heç bir təxribat zəfər yolumuza mane ola bilməz - Anar Eyvazov
Pakistan Milli Assambleyası Ermənistan təcavüzünü pisləyən qətnamə qəbul edib
Ceyhun Bayramov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə telefonla danışıb (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu cür vəhşicəsinə hücumlar onu göstərir ki, ermənilərin qəddarlığının həddi yoxdur (FOTO)
Bölmələrimiz şəhər və rayonlarımıza atəş açan düşməni məhv edib (VİDEO)
Türkiyədə general Polad Həşimov adına park açılıb (FOTO)
Ədliyyə Nazirliyi nüfuzlu beynəlxalq təşkilatlara müraciətlər ünvanlayıb
Ceyhun Bayramov və ABŞ Dövlət katibinin müavini arasında telefon danışığı olub
Dövlət Komitəsi Azərbaycan diasporuna və dost xalqların diaspor nümayəndələrinə müraciət edib
İşğal etdiyi ərazilərdən çıxmamaq üçün hər yola əl atan Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş bir şəkildə hərəkət edir - Türkiyə XİN
Ermənistan Azərbaycanın dinc sakinlərinin ölümünə görə məsuliyyət daşıyır - Türkiyə Prezident Administrasiyası
Fransa prezidenti Emmanuel Makronun erməni kökləri - Elxan Ələsgərovun araşdırması
İran Azərbaycana hərtərəfli şəkildə dəstək verməlidir - İranlı deputat
Ombudsmanın MPQ üzvləri tərəfindən Gəncə şəhər Uşaq Evinə başçəkmə həyata keçirilib (FOTO)
İşğal altında olan meşələrimiz barədə məlumatlar yox dərəcəsindədir - Botanika İnstitutu
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu başa çatıb (FOTO)
Düşmən belə məhv edilir - Azərbaycan Ordusu tarix yazmağa davam edir (VİDEO)
KOBİA-nın tərəfdaşlığı ilə Sosial Sahibkarların Beynəlxalq Forumu keçirilib
Pakistan səfiri ermənilərin Bərdədə törətdiyi terror əməlini pislədi
Tanınmış alimlər Dillər Universitetinə yazırlar: Dualarımız sizinlədir, Qarabağ Azərbaycandır
Ermənistanın vəhşi əməlləri barədə susmaq cinayətkarları növbəti vəhşiliklərə təhrik etməyə bərabərdir - XİN-in bəyanatı
Müvəkkil İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib (FOTO)
Oktyabrın 29-da manatın dollara qarşı məzənnəsi
Bərdədə ölən və yaralananlar arasında uşaqlar da var - Baş həkim
MDU rektoru "Əsgərə məktub" layihəsinə qoşulub (FOTO)
Giriş-çıxışın dayandırıldığı şəhər və rayonların sayı artırıldı
Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Ermənistan ordusu atəşkəs razılaşmalarını pozmaqla mülki şəxslərin soyqırımına davam edir - TMMN
İran Bərdəyə hücumu kəskin şəkildə pislədi
Bərdəyə hücum bir daha Ermənistanın terrorçu mahiyyətini təsdiq edir - Türkiyə Milli Müdafiə Nazirliyi
26 iaşə obyektində koronavirusla bağlı qaydalara əməl olunmadığı aşkarlandı
Cinayətkar Ermənistan rəhbərliyi mülki əhalimizə qarşı terrorun cavabını ağır ödəyəcək - Deputat
Prezident İlham Əliyev: Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlının bir neçə kəndi işğaldan azad edildi
TİKA Azərbaycanın işğaldan azad olunmuş rayonlarında KOB sektorunun inkişafında və məşğulluğun artırılmasında maraqlıdır
Söz azadlığından danışan Fransada erməni lobbisinin bu azadlığı boğması qəbuledilməzdir - Politoloq
Prezident İlham Əliyev: Bərdə sakinlərinin qisası yerdə qalmayacaq
Ermənilər Tərtəri yenidən qrad atəşinə tutub
Azərbaycanda son sutkada 988 nəfər COVID-19-a yoluxub, 340 nəfər sağalıb, 11 nəfər vəfat edib
Daxili Qoşunların hərbi qulluqçuları Bərdəyə göndərildi - DİN
“Həkimlərimizi tanıyın!” - həkim-dermatoveneroloq Dr. Sevinc Kərimova
Bərdədə ölənlər arasında FHN-in əməkdaşı da var
Bərdədə ölənlərin sayı 21 oldu, 70 yaralı var (ƏLAVƏ OLUNUB) (FOTO)
Düşmən Zəngilanda diversiyaya cəhd etdi, hamısı məhv edildi (VİDEO)
Astarada evini tərk edən COVİD-19 xəstəsi mağazada saxlanıldı
Bərdənin qisası alınır: Erməni hərbçiləri belə məhv edilir (VİDEO)
Mərkəzi Gömrük Hospitalında Patomorfoloji diaqnostika şöbəsi yaradılıb
Düşmən Tərtər rayonunun ərazisini yenidən atəşə tutub
Azərbaycan "Facebook" şirkətinə müraciət edib
Gəncədə koronavirusla bağlı qərargah maarifləndirmə tədbirlərini davam etdirir
Tibb işçilərini Dağlıq Qarabağda zorakılıqdan qorumaq vacibdir - ÜST
İranda sutka ərzində koronavirusdan 415 nəfər dünyasını dəyişib
Bərdədə ölənlərin hər biri günahsız insanlardır - Hikmət Hacıyev
Bərdədə erməni terroru törədilən ərazidə son vəziyyət - VİDEO
Bərdədə erməni terroru olan ərazidə xilasetmə işləri davam etdirilir - FHN
Düşmən dezinformasiya yaymaqla törətdiyi hərbi cinayətlərdən diqqəti yayındırmağa çalışır - Müdafiə Nazirliyi
Ermənistan mülki insanlarımıza hücumları davam etdirsə, lazımi tədbirlər görüləcək - Prezidentinin köməkçisi
Hikmət Hacıyev hərbi atteşeləri Bərdəyə səfər etməyə çağırıb
Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin sayını açıqlayıb
Bərdəyə kasetli bombadan hücum Azərbaycan xalqına qarşı növbəti soyqırımdır - Hikmət Hacıyev
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu öz işinə başlayıb (FOTO)
Goranboy və Tərtər rayonlarının ərazisi atəşə tutulur
Ermənistan Bərdəyə hücumla beynəlxalq humanitar hüququ kobudcasına pozur - Qazaxıstan səfiri
Zəngilandakı məscidin tövlə kimi istifadə edilməsi islam dünyası üçün təhqirdir - Anar Kərimov
Bərdəyə hücum bəşəriyyətə qarşı cinayətdir - XİN
Dağlıq Qarabağda tarixi abidələrin dağıdılması bu ərazilərdə azərbaycanlıların mədəni kimliyinin itirilməsi məqsədi güdür - Anar Kərimov
Ermənistanın Azərbaycanda yaşayış məntəqələrinə hücumu bəşəriyyətə qarşı atılan addımdır - Hikmət Hacıyev
Bu gün Bərdəyə atılan raketlərin qalıqları (FOTO)
Qarabağ Türkiyə üçün qırmızı xətdir və bu məsələdə heç kimə güzəşt etməyəcəyik - Ərdoğan
Koreyada erməni vandalizminə qarşı etiraz aksiyası keçirilib (FOTO)
Şəhid ailələri və müharibə əlillərinə ev verilib (FOTO)
Azərbaycan Avropa Məhkəməsinə müraciət edərək, Ermənistan barəsində təminat tədbirlərinin tətbiq olunmasını tələb edib - Fuad Ələsgərov
Düşmən Bərdə şəhərini yenidən raket hücumu edib (ƏLAVƏ OLUNUB) (FOTO/VİDEO)
Ermənistanın müharibə cinayətləri şiddətlə qınanmalıdır - Hikmət Hacıyev - (ƏLAVƏ OLUNUB)
Rostovu qorxu altında saxlayan Melkumyanlar - Rusiya KİV
Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəf almır - MN
Dünya uşaq qatili ermənilərin əməllərinə susmamalıdır - Pərvin Kərimzadə
Azərbaycan atmosferə zərərli tullantıların azaldılması üçün mühüm addımlar atır - Nazir
Ceyhun Bayramov İran Prezidentinin xüsusi elçisi ilə görüşüb (FOTO)
Sabah arabir yağış yağacaq, külək əsəcək
İlahiyyat İnstitutunun müəllimi Beynəlxalq Simpoziumda onlayn iştirak edib
Prezident İlham Əliyev: Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir
Ermənistan təkcə Azərbaycanın deyil, bütün regionun enerji təhlükəsizliyinə təhdiddir - Energetika naziri
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib
Bütün xəbərlər