...

Azərbaycan Dillər Universitetində K-pop festivalı keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2016 12:13 (UTC +04:00)
Koreyanın Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan Dillər Universitetinin akt zalında K-pop festivalı keçirilib.
Azərbaycan Dillər Universitetində K-pop festivalı keçirilib (FOTO)

Bakı. Trend:

Koreyanın Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan Dillər Universitetinin akt zalında K-pop festivalı keçirilib.

Bu barədə Trend-ə səfirlikdən məlumat verilib.

Bu ilki festivalda müasir Koreya musiqisi və ritmik K-pop janrını sevən 21 komandaya bölünmüş 37 gənc iştirak edib.

Festivalda birinci yerə Bts- Dope, Bts-danger adlı mahnısı ilə rəqs edən Emin Ağayev və Black Zone Crew adlı komanda layiq görülüb, ikinci yeri isə T-ara-nın, Number Nine adlı mahnısını ifa edən Pınar Ələkbərzadə adlı iştirakçı tutub. Tədbirdə həmçinin Samsung şirkəti işçilərinin musiqi qurupu öz ifası ilə qonaq olub.

Tədbirdə birinci və ikinci yeri tutmuş komandalar bu ilin sentyabrında Koreyada keçiriləcək Dünya K-pop festivalında Azərbaycanı təmsil etmək imkanı qazanacaqlar. Dünya K-pop festivalının final iştirakçıları ayrıca seçim prosesini keçdikdən sonra müəyyən ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti