...

BDU-da "Müasir Biologiyanın innovasiya problemləri" VI beynəlxalq elmi konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 27 Aprel 2016 14:31 (UTC +04:00)
Bakı Dövlət Universitetində (BDU) ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş gənc alimlərin və tədqiqatçıların “Müasir Biologiyanın innovasiya problemləri” mövzusunda VI beynəlxalq elmi konfransı keçirilib.
BDU-da "Müasir Biologiyanın innovasiya problemləri" VI beynəlxalq elmi konfransı keçirilib (FOTO)

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş gənc alimlərin və tədqiqatçıların "Müasir Biologiyanın innovasiya problemləri" mövzusunda VI beynəlxalq elmi konfransı keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən əmlumata görə, konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısındakı xidmətlərindən, təhsil və elmin inkişafındakı rolundan bəhs edib.

Gənc alim və tədqiqatçılar üçün böyük əhəmiyyəti olan konfransın işinə uğurlar arzulayan rektor onun iki gün davam edəcəyini bildirib.

Qeyd edib ki, konfransda Türkiyə, Albaniya, İran, Qazaxıstan, Özbəkistan, Çexiya və Rusiyada da daxil olmaqla ümumilikdə 108 məruzə dinləniləcək.

Biologiya fakültəsinin dekanı, professor Akif Quliyevin çıxışından sonra konfrans işini "Bitki fiziologiyası, Biokimya, Biofizika və Molekulyar Biologiya", "Zoologiya", "İnsan və Heyvan Fiziologiyası və Genetika", "Botanika və Mikrobiologiya" bölmələrində davam etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti