...

"S.A.B.A şirkəti" MMC-nin baş mühasibi 10 il azadlıqdan məhrum edilib

Cəmiyyət Materials 28 Aprel 2016 12:38 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “S.A.B.A şirkəti” MMC-nin baş mühasibi Taleh Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"S.A.B.A şirkəti" MMC-nin baş mühasibi 10 il azadlıqdan məhrum edilib

Bakı. Samir Əli-Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "S.A.B.A şirkəti" MMC-nin baş mühasibi Taleh Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Rəhimov 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, "S.A.B.A şirkəti" MMC-nin direktoru Əvəz Səfərli Binəqədi Rayon Prokurorluğuna müraciət edərək şirkətdə 174 min 504 manatlıq maliyyə çatışmazlığı aşkarlandığını bildirib. Müraciət əsasında "S.A.B.A şirkəti" MMC-nin baş mühasibi T.Rəhimov şirkətin 174, 5 min manatını mənimsəməkdə şübhəli bilinərək saxlanılıb.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Xatırladaq ki, "S.A.B.A. şirkəti" MMC 2000-ci ildən "Millennium" ticarət nişanlı dondurmaların istehsalı və satışını həyata keçirir.

Şirkətin Azərbaycanın bütün regionlarında nümayəndəlikləri var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti