...

Silverline Ankastre - 100 faiz türk markası

Cəmiyyət Materials 4 May 2016 09:27 (UTC +04:00)
Ankastre mətbəx avadanlıqları istehsal edən firmalar dedikdə ağlınıza neçə firma gəlir? Yaxşı bəs bunların içərisində istehsalını Türkiyədə həyata keçirən firmalar dedikdə?
Silverline Ankastre - 100 faiz türk markası

Bakı. Trend:

Ankastre mətbəx avadanlıqları istehsal edən firmalar dedikdə ağlınıza neçə firma gəlir? Yaxşı bəs bunların içərisində istehsalını Türkiyədə həyata keçirən firmalar dedikdə? Cavabınız: "Silverline Ankastre Mətbəx Avadanlıqları A.Ş." olmalıdır.

"Silverline" firması Gümüşfon adı altında 1994-cü ildə təsis edildiyindən bəri çox yol qət etmişdir.

Əslində aspirator istehsal etmək üçün təsis edilmiş firmanın adı istehsal etdiyi ilk sürüşən aspiratorla bağlıdır. 2000-ci ildən məhsullarını əvvəlcə Bolqarıstana, sonra isə Almaniyaya ixrac edən firma bu gün isə artıq 70 ölkəyə ixrac edir. 2005-ci ildən etibarən gələcəyin mətbəxlərinin müasir cizgilərə malik, dəbli və vahid mətbəxlər olacağını öncədən görərək ankastre plitə və soba istehsalına başlamışdır. 2015-ci ildən bu məhsullarla birlikdə ankastre soyuducu, qabyuyan maşın, zibil üyüdücü, çanaq və su kranı da istehsal edir. Həm də bu məhsullar firmanın Merzifondakı 85.000 m2 -lik ərazidə tikilmiş fabrikində istehsal edilir.

"Silverline" 2006-cı ildə xalqa təqdim olunmuş, bu gün 44%-i xalqa açıq, 2013-cü ildə isə ixracatda ilk 500 firma arasında 415-ci yeri tutmağı bacaran bir firmadır. 2018-ci il üçün hədəfi ixracat həcmini iki dəfə artırmaq və daxili bazar nisbətini 17%-ə qaldırmaqdır.

İstehsal edərkən firmanın şüarı: yenilikçi layihələrini ətraf mühitə və enerji istehlakına həssas şəkildə istehsal etmək və həyata sevinc qatmaq. Bu məqsədlə istehsal edilən innovativ, ətraf mühitə dost və funksional aspirator, soba, plitə, soyuducu və qabyuyan maşın alıcıya mətbəxdə maksimum fayda verməklə bərabər, vaxta da böyük qənaət edir. Məhsullar A+ və A++ enerji sertifikatı ilə istehsal edilir. Plitələr qazın kəsilməsi və bağlanması baxımından təhlükəsiz, soyuducular qapısı bağlanmadıqda siqnallı, qabyuyan maşınlar aşağı desibelli və sobalar proqramın sonunda dövrə kəsici siqnallı olmaqla, bütün detallar düşünülərək hazırlanmışdır.

2009-cu ildən bəri iştirak etdiyi bütün layihə sərgilərindən mükafatlarla qayıdan Silverline.com sizi bu layihənin xariqəsi olan məhsulları ilə tanış olmağa dəvət edir. Ümumilikdə 101 mükafata layiq görülmüş bu beynəlxalq uğurun arxasında isə güclü bir AR-GE heyətinin və qoyulan irihəcmli sərmayələrin olduğunu söyləmək yerinə düşər.

Silverline.com ünvanına daxil olduqda "Silverline Ankastre"-nin istehsal etdiyi bütün məhsullar ekranınıza gəlir. Sizə isə sadəcə mətbəx dekorasiyanıza uyğun xəyalınızdakı məhsulları seçmək qalır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti