...

Avropa Azərbaycan Məktəbinin şagirdləri Respublika Fənn Olimpiadasında qızıl və gümüş medallar qazanıblar (FOTO)

Cəmiyyət Materials 5 May 2016 12:30 (UTC +04:00)

Bakı. Trend:

Bu günlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, fənləri üzrə Respublika fənn olimpiadasının final mərhələsi keçirilib.

Olimpiadanın birinci - rayon (şəhər) mərhələsində IX, X və XI siniflərdən 27500 şagird iştirak etmiş, ikinci - yarımfinal turunda 4500-ə yaxın şagird öz bilik və bacarığını nümayiş etdirmiş, bunlardan 450 nəfəri isə final turun - respublika mərhələsinin iştirakçısı olmuşdur.
Olimpiadanın respublika mərhələsində Avropa Azərbaycan Məktəbini 4 şagird təmsil etmişdir. Günel Məmmədova, IX sinif, Azərbaycan dili fənni üzrə I yer - qızıl medal, Zöhrə Məmmədova, IX sinif, tarix fənni üzrə I yer - qızıl medal, Lamiyyə Mahmudova, X sinif, tarix fənni üzrə I yer - qızıl medal,Vaqif Süleymanov, IX sinif, coğrafiya fənni üzrə II yer - gümüş medal əldə etmişlər.

QEYD: Avropa Azərbaycan Məktəbi 2011-ci ildə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis edilmiş, yerli və beynəlxalq kurikulum əsasında dünyanın ən qabaqcıl təhsil standartları ilə fəaliyyət göstərən modern təhsil müəssisəsidir. Məktəb 2013-cü ildə dünyada ibtidai və orta təhsil üzrə ixtisaslaşmış ən böyük təşkilatlardan olan Beynəlxalq Məktəblərin Avropa Şurasına (ECIS) üzv qəbul edilmişdir.

2015-ci ilin iyun ayında Avropa Azərbaycan Məktəbi dünya məktəbi olaraq İB (İnternational Baccalaureate / Beynəlxalq Bakalavriat) Diplom Proqramı (DP) üzrə təhsil verən məktəb statusu qazanıb. Məktəbdə İB Diplom Proqramı üzrə tədris aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti