...

Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Silahlı Qüvvələrdə tədbirlər keçirilir

Cəmiyyət Materials 9 May 2016 13:13 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Silahlı Qüvvələrdə tədbirlər keçirilir.
Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Silahlı Qüvvələrdə tədbirlər keçirilir

Bakı. Trend:

Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə Silahlı Qüvvələrdə tədbirlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə nazirliyin tabeliyində olan birlik, birləşmə və hərbi hissələrdə silsilə tədbirlər keçirilir.

Müdafiə nazirinin göstərişinə əsasən, təsdiq olunmuş plan üzrə şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edir, hərbi hissələrdə Ulu Öndərin həyat və yaradıcılığı barədə videofilmlər nümayiş etdirilir, ictimai-siyasi hazırlıq dərslərində, tərbiyəvi iş saatlarında söhbətlər aparılır, eləcə də digər mədəni-kütləvi tədbirlər təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti