Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəssam Aida Mahmudovanın “Umwelt” adlı fərdi sərgisi ilə tanış olub (FOTO)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva rəssam Aida Mahmudovanın “Umwelt” adlı fərdi sərgisi ilə tanış olub (FOTO)

Bakı. Trend:

YAY Qalereyasında rəssam Aida Mahmudovanın "Umwelt" adlı fərdi sərgisi açılıb. Trend AZƏRTAC-a istinadən məlumat verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.

Rəsmi şəxslərin, görkəmli mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri sərgidə rəssam Aida Mahmudovanın kətan üzərində qarışıq üslubda işlədiyi "Flower beds", "Landscape", "Indigo", "Rockbed", "Overgrown", "The Coral" əsərləri, habelə "The Shard" heykəltəraşlıq nümunəsi yer alıb.

"Umwelt" (alman dilində "mühit" deməkdir) ifadəsi 1909-cu ildə tanınmış bioloq və filosof Yakob fon İksyukl tərəfindən işlədilib. Bu terminlə o, eyni yaşayış mühitində (ekosistemdə) olan müxtəlif canlıların, o cümlədən insanın cürbəcür xarici siqnallara fərqli reaksiya verməsi faktını izah etməyə çalışıb. Belə ki, iti eşitmə və görmə qabiliyyətinə malik canlılar son dərəcə həssas iybilmə duyğusunun, yaxud xarici mühitlə ultrasəs dalğaları və elektrik sahəsinin köməyi ilə qarşılıqlı təmasda olan canlılara nisbətən dünyanı fərqli, özünəməxsus şəkildə qəbul edirlər. Yeni terminin başlıca məqsədi insanları da yaşadığı ətraf aləmin müxtəlifliyini təsvir etməkdir.

Fərdi "Umwelt" qəbul etməyə hazır olduğumuz ən yaxın ətraf aləm sahəsidir, bu, hər birimizdə var. Balinalar, yarasalar, quşlar və bütün digər canlılar kimi, biz də ətrafımızda cərəyan edən hadisələri öz təcrübəmiz, xarakterimiz və mövcud şəraitin prizmasından qəbul edirik. Bizim "Umwelt" nisbətən daha rahat yaşayış ərazisidir və gündəlik həyatımızda üzləşməli olduğumuz, adət etdiyimiz hərəkət marşrutlarının, öhdəliklərin, situasiyaların və risklərin cəmini özündə birləşdirir. Beləliklə, biz dünyanın sadəcə bir "monolit" təsvirini deyil, saysız-hesabsız təhriflərin və deformasiyaların yer aldığı bir çox nadir təsvirlər əldə edirik. Həmçinin insan digər canlılardan fərqli olaraq, müxtəlif baxışların fərqini heç də həmişə obyektiv gerçəklik kimi qəbul etmir, bununla "dinməz-söyləməz" razılaşmır. Təzadlar və uyğunsuzluqlar bizi diskomfort hissi yaşamağa, bəzən isə iztirab çəkməyə məcbur edir. Hasil edilən mənaların müxtəlifliyi isə bizi daha qətiyyətli edir.

Demək olar ki, hər bir insan məhz öz "Umwelt"ində bütöv bəşəriyyəti cəmləşdirdiyi barədə mütləq əminlik hissi yaşayır. Yalnız bir sıra insanlar var ki, müəyyən hüdudların olduğunu və bu hüdudlardan kənarda digər sivilizasiyaların mövcudluğunu dərk edirlər.

Biz, dərketmə qabiliyyətimizi formalaşdıran amillərin toplusunu, o cümlədən öz "Umwelt"imizin digərlərinə necə təsir etməsini çox vaxt başa düşmürük. Dünya təsəvvürümüzdə "əyri güzgüdə"ki kimi əks olunur və biz deformasiyaya uğramış bu təsviri xarici aləmə proyeksiya edirik.

İnsanlar, sadəcə, bir-birinə paralel dünyalarda yaşayır və öz fərdi dünyasını yaratmaqla, məhz ona məxsus "gerçəkliyin" daha dəqiq, daha inandırıcı versiya olduğuna tam əmin olur. Həqiqətin məhz bizdə olması ilə bağlı əminlik, digər "umveltlərin" qəbul edilməməsinə, cəmiyyət miqyasında isə ideoloji ehkamların müdafiəsinə, fərqli düşüncələrin inkar olunmasına gətirib çıxarır.

Belə bir vəziyyətdə məhz rəssam dözümlülüyün bariz nümunəsi, dərkedilməzliyin son dərəcə geniş həcmini anlayan bir şəxs kimi çıxış edir. Məhz rəssam bir çox fərdi proyeksiyalardan ibarət olan "həyat kətanının" mürəkkəblik duyğusunu ötürməyə, translyasiya etməyə qadir olur. İnsan fərqli idrak proseslərinin cərəyan etdiyi, müxtəlif koqnitiv aləmlərdə yaşayır və rəssamın yaradıcılığı belə "aləmlərin" təmərküzü sayıla bilər.

Aida Mahmudova 1982-ci ildə Bakıda dünyaya gəlib və burada yaşayıb-yaradır. O, 2006-cı ildə Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin rəngkarlıq fakültəsini bitirib. Bu gün onun əsərləri beynəlxalq səviyyədə sərgilənir. Bu sıradan 56-cı Venesiya Biennalesində Azərbaycan pavilyonunun "Vita Vitale" sərgisini, Romanın MAXXI Muzeyində və 55-ci Venesiya Biennalesində "Love Me, Love Me Not" sərgisini qeyd etmək olar. Rəssamın fərdi sərgiləri 2013-cü ildə "Barbarian Art Gallery" (Sürix), 2015-ci ildə isə Nyu-Yorkda "Leila Heller Gallery" və Bakıda Müasir İncəsənət Muzeyində keçirilib. Aida Mahmudova 2011-ci ildə əsası qoyulan YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT Azərbaycanda müasir incəsənətin ictimaiyyət tərəfindən dərk olunması, milli incəsənətimizin ölkə daxilində və beynəlxalq səviyyədə təbliği ilə məşğuldur.

Aida Mahmudovanın avqustun 13-dək davam edəcək "Umwelt" sərgisinə giriş sərbəstdir.

"Nordwind" aviaşirkəti mayın 18-dən Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır
"Nordwind" aviaşirkəti mayın 18-dən Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır
2021-2022-ci illərdə Azərbaycan dövlət büdcəsinin kəsiri azalacaq - "Fitch Ratings"
2021-2022-ci illərdə Azərbaycan dövlət büdcəsinin kəsiri azalacaq - "Fitch Ratings"
"Fitch" Azərbaycana birbaşa xarici investisiyaların artımını proqnozlaşdırır
"Fitch" Azərbaycana birbaşa xarici investisiyaların artımını proqnozlaşdırır
Loading Bars
Xəbər lenti
İctimai nəqliyyatın hərəkəti bərpa olundu
İsrail HƏMAS-ın siyasi bürosunun liderinin evinə raket zərbəsi endirib
Braziliyada koronavirusdan daha 2 087 nəfər ölüb
Netanyahu İsrailin atacağı addımlar barədə Baydeni məlumatlandırıb
HƏMAS Tel-Əviv və Aşdod istiqamətində onlarla raket buraxıb
Dünyada ötən sutka koronavirusa 677 mindən çox yoluxma qeydə alınıb - ÜST
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub (FOTO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,9 milyonu ötüb
“Beşiktaş” 16-cı dəfə Türkiyə Superliqasında çempion olub
HƏMAS iki saatlıq Təl-Əvivin atəşə tutulmasını dayandırdı
Gəncədə yaşayış binasında daş parçası asılı vəziyyətdə qalıb, əraziyə FHN cəlb edilib
Qəzza zolağından İsrail ərazisinə 2,8 mindən artıq raket atılıb
Abbas Baydenlə Yaxın Şərqdəki son hadisələri müzakirə edib
Bakıda minik avtomobili yanıb
Bütün xarici aviaşirkətlər İsrailə uçuşları dayandırıb
HƏMAS İsrailin bir neçə şəhərinə zərbələr endirib
İslam Əməkdaşlıq Təşkilatının təcili iclası keçiriləcək - Türkiyə XİN
İsrail ordusu Qəzza zolağında çoxmərtəbəli binaya zərbə endirdiyini təsdiqləyib
"Nordwind" aviaşirkəti mayın 18-dən Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır
İranla sərhəddə atışma: İki sərhədçimiz şəhid olub
Gürcüstanda koronavirusa daha 1 576 nəfər yoluxub
Ceyhun Bayramovun tacikistanlı həmkarı ilə telefon danışığı baş tutub
2021-2022-ci illərdə Azərbaycan dövlət büdcəsinin kəsiri azalacaq - "Fitch Ratings"
Azərbaycanda pandemiya dövründə sərnişinlər əsasən bu nəqliyyat vasitəsindən istifadə edib
"Fitch" Azərbaycana birbaşa xarici investisiyaların artımını proqnozlaşdırır
ABŞ-ın Azərbaycandakı səfiri və USAID-in direktoru Milli Məclisin deputatı Sevil Mikayılova ilə görüşüblər
Prezident İlham Əliyev: Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayır
Azərbaycanda indiyədək COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 377 nəfər koronavirusa yoluxub, 14 nəfər vəfat edib
Azərbaycanda pandemiya dövründə qeyri-neft-qaz sektorunda məhsul istehsalı artıb
"Fitch Ratings" Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır
Azərbaycanda tütün məmulatları istehsalı artıb
“Qarabağ” - “Neftçi” oyununun vaxtı müəyyənləşib
“Xarıbülbül” musiqi festivalı tarixi zəfərin nidası idi - Deputat
İranda daha 200 nəfər koronavirusdan ölüb
Göygöldə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər məsuliyyətə cəlb edilib (FOTO)
Azərbaycan aviasiya vasitələri təlim-məşq uçuşlarına başlayıb (FOTO)
Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nic qəsəbəsində 1 saylı orta məktəbdə və Müqəddəs Yelisey adına Cotari kilsəsində olublar (FOTO) (YENİLƏNİB)
"Türk Hava Yolları" Gəncəyə uçuşları bərpa edib (FOTO)
Sabahdan ictimai nəqliyyatın fəaliyyəti bərpa edilir
Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub (FOTO/VİDEO)
Piyada əleyhinə mina risklərinə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
“Xarıbülbül” beynəlxalq musiqi festivalı Fransa mətbuatında (FOTO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ Dəmir yolu Vağzalının və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolunun açılışında iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələnin Nic qəsəbəsindəki Müqəddəs Məryəm Ana Alban kilsəsində olublar (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Qəbələdə yeni körpü və avtomobil yolunun bərpadan sonra istifadəyə verilməsi tədbirində iştirak ediblər (FOTO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qəbələ rayonuna səfərə gəliblər (FOTO/VİDEO)
“Xarıbülbül” musiqi festivalı: Şanlı Qələbəmizin musiqi paradı
Sabah 35 dərəcə isti olacaq
Adam oğurluğu səbəbindən axtarışda olan şəxslər saxlanıldı
Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb
Gəncə sakinində “revolver” tipli tapança aşkarlanıb
İspaniyalı deputatların erməni təəssübkeşi qismində aksiya keçirmələri qəbuledilməzdir - Sevil Mikayılova
Balakəndə təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib (FOTO)
Azərbaycan neftinin qiyməti bahalaşıb
Bakıda keçiriləcək "JARA 2022" festivalının tarixləri açıqlandı
Qarabağda sülhməramlılara qarşı təxribat xarakterli hərəkətlər olmayıb - Rusiya Müdafiə Nazirliyi
Saatlıda parklanma qaydalarını pozan sürücülər məsuliyyətə cəlb olunub
“Xarıbülbül” festivalı Qarabağın tarixi simasının bərpasını təcəssüm etdirir – Deputat
Qazax sakinində narkotik aşkarlanıb
AVRO-2020: Biletlər bu gündən satışdadır
Salyanda transformator yanıb
Çernoqoriya turistlərə sərhədlərini açır
Cənubi Koreya Azərbaycanda yeni layihələr icra edəcək
Zidan mövsümün sonunda "Real"dan ayrılacaq
Millət vəkili Arzu Nağıyev Tovuz və Gədəbəydə şəhid, qazi ailələri və seçicilərlə görüşüb (FOTO)
Sakit okeanda zəlzələ baş verib
Çində yeddi nəfər qasırğanın qurbanı olub
Çinin kosmik aparatı uğurla Marsın səthinə enib
Qəzzada evin vurulması nəticəsində 8 fələstinli həlak olub
İraqda ağır yol qəzası, sərnişinlər avtobusda yanıb
Meksikada narkotacirlərin hücumu nəticəsiəndə iki əsgər ölüb
Rusiya bu ölkələrlə hava əlaqələrini bərpa edir
İnigltərə çempionatı: "Mançester Siti" "Nyukasl"a qalib gəldi
"WhatsApp" yeni qaydalarını qəbul etməyən istifadəçilərə məhdudiyyətlər tətbiq edir
Abşeronda restoranda yanğın baş verib
İraqın şimalında türk əsgəri şəhid olub
Azərbaycan Premyer Liqasında növbəti turun oyun cədvəli açıqlanıb
Qəzza və İordanın Qərb sahilində gün ərzində 26 fələstinli ölüb, 600 nəfərdən çox yaralanıb
Dünyada ötən sutka koronavirusa 717 mindən çox yoluxma qeydə alınıb - ÜST
Suriyadan İsrailə üç raket buraxılıb
"Amazon" ilin sonuna qədər İngiltərədə 10 min yeni iş yeri yaradacaq
Ukraynanın Səhiyyə naziri istefa etdi
"Facebook" və "İnstagram"ın işində qüsurlar yaranıb
DİN itkin düşən qadınla bağlı əhaliyə müraciət edib (FOTO)
Balakəndə evdə yanğın olub
Ukrayna iqtisadiyyat və infrastruktur nazirləri istefa ediblər
Sahibə Qafarovanın Türkiyə Böyük Millət Məclisinin Sədri ilə telefon danışığı olub
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Qarabağdan növbəti görüntülər paylaşıb (FOTO/VİDEO)
Füzulidə ev yanıb
Azərbaycanda ötən ay bahalaşan və ucuzlaşan məhsullar bunlar olub
Bakıda restoranda qaz balonu partlayıb, 4 nəfər xəsarət alıb
"Xarıbülbül” festivalı ilə dünyaya bir sıra mesajlar vermiş olduq - Tural Gəncəliyev
Azərbaycan vasitəsilə 10 milyon tondan artıq yük daşınıb
Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi arasında telefon danışığı olub
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb​​​
Azərbaycanda 1 262 nəfər COVID-19-dan sağalıb, 326 nəfər yoluxub
Saatlıda gecə saatlarında fəaliyyət göstərən çayxana aşkarlanıb
İndoneziya sahillərində 6,8 bal gücündə zəlzələ olub
Bütün xəbərlər