...

2-ci Beynəlxalq Forum BIG DATA DAY BAKU 2016 öz işinə yekun vurdu

Cəmiyyət Materials 20 May 2016 16:00 (UTC +04:00)
2-ci Beynəlxalq Böyük Həcmli Verilənlər Günü Bakı 2016 (BIG DATA DAY BAKU 2016 - BDDB2016) forumu "Böyük Həcmli Verilənlərin Biznes Dəyərə çevrilməsi" devizi altında mayın 17-də Qafqaz Universitetində keçirilib.
2-ci Beynəlxalq Forum BIG DATA DAY BAKU 2016 öz işinə yekun vurdu

Bakı. Trend:

2-ci Beynəlxalq Böyük Həcmli Verilənlər Günü Bakı 2016 (BIG DATA DAY BAKU 2016 - BDDB2016) forumu "Böyük Həcmli Verilənlərin Biznes Dəyərə çevrilməsi" devizi altında mayın 17-də Qafqaz Universitetində keçirilib. Universitetdən Trend-ə verilən məlumata görə, tdbirin Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü ilə eyni gündə qeyd edilməsi xüsusi məna kəsb edir. BDDB2016 forumu CeDAWI (Applied Research Center for Data Analytics and Web Insights) Araşdırma Mərkəzi və Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin birgə təşkilatçılığı ilə Azercell Telekomun sponsorluğu, QUTechnoparkın dəstəyi, IEEE Kompüter Cəmiyyətinin texniki dəstəyi və eyni zamanda IBM, Oracle, Microsoft kimi qlobal və Azercell və ATL kimi yerli şirkətlərin birgə əməkdaşlığı ilə keçirilmişdir. Bir gün ərzində davam edən Böyük Həcmli Verilənlər və Analitikasına həsr olunmuş bu tədbir, böyük həcmli verilənlər sahəsində öz həlləri ilə tanınmış qlobal və yerli şirkətlərin və araşdırma institutlarının ekspertlərin məruzələri ilə seçilirdi.

Tədbirin əsas məqsədi cəmiyyətdə böyük həcmli verilənlərin gətirdiyi yeni imkanlar və çətinliklər barəsindəki fikirləri artırmaq, cari Verilənlər Analitikası texnologiyaları haqqında təcrübələri paylaşmaq, gəncləri bu sahədə karyera qurmağa dəvət etmək və Verilənlər Elmində məşhur araşdırmalar etməkdir.

TƏDBİRİN VEBSAYTI: www.cedawi.org/BDDB2016

Məqalədə:
Xəbər lenti

Xəbər lenti