...

Ş.Ələkbərova adına 20 N-li Musiqi Məktəbi bayram konserti təqdim edib (FOTO)

Cəmiyyət Materials 26 May 2016 14:38 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Ş.Ələkbərova adına 20 N-li 11 illik Musiqi Məktəbi 28 may Respublika gününə həsr olunmuş hesabat konserti keçirib.
Ş.Ələkbərova adına 20 N-li Musiqi Məktəbi bayram konserti təqdim edib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Ş.Ələkbərova adına 20 N-li 11 illik Musiqi Məktəbi 28 may Respublika gününə həsr olunmuş hesabat konserti keçirib.

İdarədən Trend-ə verilən məlumata görə, konserti Respublika müsabiqələr laureatı, məktəbin xoru "Ana torpaq", "Qarabağ şikəstəsi" və ingilis mahnısı "Həyatın ritmi" adlı əsərlərlə müəllim Yatsenko Tatyana və konsertmeystr Manafova Aytənin rəhbərliyi altında açıq elan edib. İstedadlı şagirdlərin ifasında F.Əmirov, V.Adıgözəlov, T.Quliyev, S.Ələsgərov, Q.Qarayev, M.Dunayevski, A.Miller, A.Monti kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.

Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları və başqaları iştirak ediblər. Konsterdə Respublika və Beynəlxalq müsabiqələr laureatları olan şagirdlər öz bacarıqlarını müxtəlif musiqi alətlərində uğurla nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti