...

Həvəskar velosipedçilərin nəzərinə

Cəmiyyət Materials 26 May 2016 18:59 (UTC +04:00)
Həvəskarlar arasında yarış keçiriləcək.
Həvəskar velosipedçilərin nəzərinə

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Velosiped İdmanı Federasiyası və "Sportsman" jurnalının birgə təşkilatçılığı ilə mayın 28-i, saat 18:00-da 28 May - Respublika Günü və Formula-1 yarışlarına dəstək məqsədilə Dənizkənarı Bulvarda həvəskarların velosiped yarışı keçiriləcək.

Federasiyadan Trend-ə verilən məlumata görə, yarışın sonunda Azərbaycanın estrada ulduzlarının iştirakı ilə konsert proqramı da təşkil olunacaq.

Arzu edən həvəskar velosipedçilər bu yarışda iştirak edib hədiyyə qazana bilərlər. Kişilərin və qadınların yarışı ayrı keçiriləcək.

Start və finiş: Bakı İdman Sarayının arxası (velosiped kirayəsi məntəqəsinin yanı)
Marşrut: Bakı İdman Sarayı - Dövlət Bayrağı Meydanı və əksinə.

Qeyd edək ki, iştirakçılar velosipedlərini özləri ilə gətirməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti