...

Sabah bəzi yerlərdə yağış, şimşək gözlənilir

Cəmiyyət Materials 31 May 2016 13:00 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.
Sabah bəzi yerlərdə yağış, şimşək gözlənilir

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 22-27, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə iyunun 01-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Yayın ilk ayının hava proqnozu açıqlandı - 37 dərəcə isti

Yayın ilk ayının hava proqnozu açıqlandı - 37 dərəcə isti

Havanın temperaturu gecə 14-19, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 01-03-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti