...

Beynəlxalq Bank işi ilə bağlı 6 nəfər azadlığa buraxıldı

Cəmiyyət Materials 31 May 2016 17:22 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) işi ilə bağlı 6 nəfər azadlığa buraxılıb.
Beynəlxalq Bank işi ilə bağlı 6 nəfər azadlığa buraxıldı

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Bankı (ABB) işi ilə bağlı 6 nəfər azadlığa buraxılıb.

Vəkil Vüqar Babayevin Trend-ə verdiyi məlumata görə, onlar ABB-dən kredit götürərək qaytarmamaqda təqsirləndirilən "City Developer" MMC-nin direktoru Ratmir Bəkirov, "Inter Glass" şirkətinin prezidenti Fariz Muradov və "General Construction" şirkətlər qrupuna daxil olan MMC-lərdən birinin direktoru Camal Həsənovdur.

Qərara əsasən, hər üç şəxsin barəsində həbs qətimkan tədbiri ləğv edilib, polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Həmçinin "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Dubay filialının keçmiş müdiri Adil Hüseynov, "Riyad-Farm"ın icraçı direktoru Aqil Quliyev və Mingəçevir "İzolit" ASC-nin İdarə Heyətinin sədri Mehman Mehdiyev azadlığa buraxılıblar. Onların barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti