...

"Formula 1" avtomobil yarışına həsr olunan "Baku Guide" bələdçi kataloqunun iyun sayı çapdan çıxıb

Cəmiyyət Materials 2 İyun 2016 12:13 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən "Baku Guide" bələdçi kataloqunun iyun sayı çapdan çıxıb.
"Formula 1" avtomobil yarışına həsr olunan "Baku Guide" bələdçi kataloqunun iyun sayı çapdan çıxıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr edilən "Baku Guide" bələdçi kataloqunun iyun sayı çapdan çıxıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, kataloqun bu sayı 17-19 iyun tarixində Bakıda keçiriləcək möhtəşəm idman və əyləncə şousuna - "Formula 1" avtomobil yarışı üzrə Avropa Qran Prisinə həsr olunub. Şəhərimizin qonaqları, eləcə də paytaxt sakinləri kataloqda tədbirin gündəliyi ilə yaxından tanış ola, Bakı trekinə çıxacaq pilotlar haqqında, yarış günlərində təşkil olunacaq mədəni-kütləvi tədbirlər, əyləncə proqramları barədə ətraflı informasiya əldə edə bilərlər.

Nəşrdə həmçinin Avropa Qran Prisi günləri üzrə paytaxtın teatr və konsert müəssisələrinin məxsusi olaraq seçilmiş repertuarı, eləcə də "Formula 1" avtomobil idmanı yarışlarının 2016-cı ildə əsas təqvimi verilib.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılan "Baku City Tour" xidməti, şəhər turunun marşrut və dayanacaqları barədə də kataloqda ətraflı informasiya verilib.

Paytaxtın teatr və konsert müəssisələrinin, aparıcı kino nümayişi mərkəzlərinin iyun-iyul ayı üçün afişası, habelə müxtəlif sərgilər barədə məlumatlar Azərbaycan və ingilis dillərində oxuculara təqdim olunur.

Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar ətraflı cavablandırılır. Turizm agentləri, aviakassalar, hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, fövqəladə hallarda yardım almaq üçün çağrı mərkəzlərinin əlaqə nömrələri və s. nəşrdə yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti