...

"Formula-1"ə gələcək qonaqların dini ayinlərini həyata keçirə bilmələri üçün əlavə tədbirlər görülüb

Cəmiyyət Materials 7 İyun 2016 11:32 (UTC +04:00)
"Formula-1" yarışlarında iştirak üçün Azərbaycana gələcək qonaqların öz dini ayinlərini həyata keçirə bilmələri üçün əlavə tədbirlər görülüb.
"Formula-1"ə gələcək qonaqların dini ayinlərini  həyata keçirə bilmələri üçün əlavə tədbirlər görülüb

Bakı. İlhamə İsabalayeva-Trend:

"Formula-1" yarışlarında iştirak üçün Azərbaycana gələcək qonaqların öz dini ayinlərini həyata keçirə bilmələri üçün əlavə tədbirlər görülüb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Qonaqların dini ayinləri icra etməsi üçün şərait yaradıldığını deyən M.Qurbanlı bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu tədbirlərə müəyyən hazırlıq işləri görüb: "Azərbaycanda məscidlər, kilsə və sinaqoqlar birgə fəaliyyət göstərirlər: "Biz həm sinaqoqlarda, həm kilsələrdə, eyni zamanda məscidlərdə müəyyən tədbirlər həyata keçirmişik. İbadət məkanlarında şərait olsa da, gələcək qonaqların, turistlərin sayı nəzərə alınaraq onların öz dini ayinlərini həyata keçirə bilmələri üçün əlavə tədbirlər görülüb, şərait yaradılıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti