...

Azərbaycan dünyada dini tolerantlığın mərkəzinə çevrilib

Cəmiyyət Materials 7 İyun 2016 16:40 (UTC +04:00)
Ağstafa şəhərindəki “Yazıçılar evi”ndə “Multikulturalizm və tolerantlığın Azərbaycan nümunəsi” mövzusunda tədbir keçirib.
Azərbaycan dünyada dini tolerantlığın mərkəzinə çevrilib

Bakı. Trend:

Ağstafa şəhərindəki "Yazıçılar evi"ndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Rayon İcra Hakimiyyəti ilə birgə "Multikulturalizm və tolerantlığın Azərbaycan nümunəsi" mövzusunda tədbir keçirib.

Komitədən Trend-ə verilən məlumata görə, tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev açaraq, tarixən Azərbaycanda ənənəvi dini icmaların fəaliyyət göstərdiyini və bu gün də hər bir kəsin öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirdiyini qeyd edib: "Ölkəmizdə yüzlərlə məscid, kilsə və sinaqoq tikilib, yenidənqurma və əsaslı təmir işləri aparılaraq dindarların istifadəsinə verilib. Prezident İlham Əliyevin ölkəmizdəki tolerantlıq ənənələrinin daha da möhkəmləndirilməsi istiqamətində atdığı addımlar Azərbaycanı dünyada dini tolerantlığın mərkəzinə çevirib".

Sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Salahlı çıxış edərək bildirib ki, ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti