...

AZAL Rusiyadan sərnişin təyyarələri alacaq

Cəmiyyət Materials 8 İyun 2016 10:05 (UTC +04:00)
Rusiyanın lizinq şirkəti "İlyuşin finans" Azərbaycanın AZAL şirkəti ("Azərbaycan Hava Yolları") ilə МS-21 sərnişin təyyarələrinin tədarükü üzrə anlaşma memorandumu imzalayıb.
AZAL Rusiyadan sərnişin təyyarələri alacaq

Bakı. Trend:

Rusiyanın lizinq şirkəti "İlyuşin finans" Azərbaycanın AZAL şirkəti ("Azərbaycan Hava Yolları") ilə МS-21 sərnişin təyyarələrinin tədarükü üzrə anlaşma memorandumu imzalayıb.

Trend-in məlumatına görə, bu barədə TASS agentliyinə yaxın mənbə bildirib.

Mənbənin sözlərinə görə, 10 təyyarənin tədarükü haqqında memorandum imzalanıb.

Sənədi AZAL-ın rəhbəri Cahangir Əsgərov və "İlyuşin finans Ko" şirkətinin baş direktoru Aleksandr Rubsov imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti