...

BMT-nin Əhali Fondu Azərbaycana yeni layihələrin keçirilməsini təklif edib

Cəmiyyət Materials 8 İyun 2016 16:38 (UTC +04:00)
BMT-nin Əhali Fondunun Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Ölkə Direktoru Karl Kulessa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ölkədə selektiv abortlar və məişət zorakılığı problemlərləri ilə yeni ikitərəfli layihələrin keçirilməsini təklif edib.
BMT-nin Əhali Fondu Azərbaycana yeni layihələrin keçirilməsini təklif edib

Bakı. İlhamə İsabalayeva - Trend:

BMT-nin Əhali Fondunun Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Ölkə Direktoru Karl Kulessa Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ölkədə selektiv abortlar və məişət zorakılığı problemlərləri ilə yeni ikitərəfli layihələrin keçirilməsini təklif edib.

Komitədən Trend-ə verilən məlumata görə, bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın BMT-nin Əhali Fondunun Türkiyədəki Nümayəndəsi və Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Ölkə Direktoru Karl Kulessa ilə görüşüb.

H.Hüseynova ölkədə qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılıqla mübarizənin gücləndirilməsi sahələri üzrə əldə olunan müsbət nailiyyətlərin Azərbaycan Prezidenti İlham Əliyevin siyasi dəstəyinin nəticəsi olduğunu vurğulayıb. Komitənin sədri Ailə Strateqiyası, Məişət zorakılığı ilə mübarizəyə həsr edilmiş Milli Fəaliyyət Planının layihələrin hazırlandığı bildirib. O, bu sənədlərin selektiv abortlar, erkən nikahla və aildə zorakılıqla mübarizə ilə sahələri əhatə edəcəyini qeyd edib.

BMT-nin Əhali Fondunun Türkiyədəki Nümayəndəsi və Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Ölkə Direktoru Karl Kulessa ölkədə qadın hüquqlarının müdafiəsi ilə bağlı aparılan işlərin müsbət hal olduğunu qeyd etdi. Kulessa ölkədə olan selektiv abortlar və məişət zorakılığı problemlərlə mübarizənin gücləndirilməsini ehtiyacını vurğulayıb. Bununla da bağlı yeni ikitərəfli layihələrin keçirilməsini təklif edib.

Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi və keçirilən layihələr haqqında müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti