...

Monpelye Universitetində təhsil alacaq UNEC-in ilk tələbələri bilindi (FOTO)

Cəmiyyət Materials 10 İyun 2016 13:28 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Fransanın nüfuzlu Monpelye Universitetinin ikili diplom proqramını qazanan ilk tələbələrinin adı bəlli olub.
Monpelye Universitetində təhsil alacaq UNEC-in ilk tələbələri bilindi (FOTO)

Bakı. Trend:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Fransanın nüfuzlu Monpelye Universitetinin ikili diplom proqramını qazanan ilk tələbələrinin adı bəlli olub.

Universitetdən Trend-ə verilən məlumata görə, UNEC-də I və II kurs təhsillərini uğurla başa vuran beş tələbəsi - Beynəlxalq İqtisadiyyat Məktəbinin Maliyyə ixtisasında təhsil alan Jeyla Balayeva, Sabir İbrahimov, Ülvi Dəmirli, Əlisafa Əlizadə və Sabah Qruplarının İqtisadiyyat ixtisasında təhsil alan Elşən Tağızadə Monpelye Universitetindən rəsmi dəvət alıb. UNEC-lə Monpelye Universiteti arasında əldə edilən razılaşmaya görə, tələbələr III kurs təhsillərini Fransada alacaqlar. Kursun sonunda tələb olunan kreditləri qazandıqdan sonra 4-cü kursdan təhsillərini UNEC-də davam etdirəcəklər.

Monpelye Universitetinə dəvət məktubu alan tələbələr UNEC-in Fransada ilk elçiləri və təmsilçiləri olaraq Monpelye Universitetinin diplomunu alacaqlar. Fransada təhsil aldığı müddət ərzində onlar Monpelye Universitetinin digər tələbələri ilə eyni statusa malik olmaqla yanaşı, tələbə kartına və bütün hüquqlara sahib olacaqlar.

Qeyd edək ki, aprelin 6-da Fransada UNEC ilə Monpelye Universiteti arasında ikili diplom razılaşması imzalanıb. Razılaşmaya əsasən, hər iki universitetin tələbələri "İqtisadiyyat", "Dünya İqtisadiyyatı", "Maliyyə", "Mühasibat" və "Biznesin təşkili və idarə edilməsi" ixtisasları üzrə UNEC və Monpelye Universitetinin diplomlarını əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti