...

Daha 634 nəfər əcnəbiyə fərdi şəxsi hesab açılıb

Cəmiyyət Materials 10 İyun 2016 14:28 (UTC +04:00)
Son bir ayda Azərbaycanda daha 634 nəfər əcnəbiyə fərdi şəxsi hesab açılıb.
Daha 634 nəfər əcnəbiyə fərdi şəxsi hesab açılıb

Bakı. Trend:

Azərbaycanda əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi cari ilin may ayında da davam etdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, son bir ayda nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən daha 634 nəfər əcnəbiyə fərdi şəxsi hesab açılıb. Beləliklə, sistemdə qeydiyyatda olan xarici vətəndaşların sayı 30628 nəfərə çatıb. Onlardan 26 972 nəfəri (88.1 faiz) kişilərdən, 3 656 nəfəri (11.9 faiz) qadınlardan ibarətdir.

Fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilər ümumilikdə 120 ölkəni təmsil edirlər. Onların arasında Тürkiyə (14 428 nəfər), Gürcüstan (3 132 nəfər) Rusiya (1 803) vətəndaşları daha çoxdur.

Sistemdə qeydiyyatda olan əcnəbilərin sayına görə sonrakı yerlər Hindistan (1 285), İran (1 016), Çin (891), Banqladeş (695), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya (622), Pakistan (579), Ukrayna (509), Filippin (274), ABŞ (270), Almaniya (264), Qazaxıstan (236), Türkmənistan (225), İtaliya (208) və s. ölkələrin vətəndaşlarına aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti