...

Rus bölməsi abituriyentlərinin “Azərbaycan dili” fənni üzrə imtahan nəticələri açıqlandı

Cəmiyyət Materials 13 İyun 2016 10:14 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK rus bölməsi abituriyentləri üçün iyunun 12-də keçirdiyi “Azərbaycan dili” fənni üzrə imtahanın nəticələrini elan edib.
Rus bölməsi abituriyentlərinin “Azərbaycan dili” fənni üzrə imtahan nəticələri açıqlandı

Bakı. İlhamə İsabalayeva - Trend:

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) rus bölməsi abituriyentləri üçün iyunun 12-də keçirdiyi "Azərbaycan dili" fənni üzrə imtahanın nəticələrini elan edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahanda 1096 abituriyent iştirak edib, 663 nəfər tələb olunan 15 və daha çox bal toplayaraq məqbul qiymət alıb.

Cari ildə "Azərbaycan dili" fənni üzrə birinci imtahan 2016-cı il mayın 1-də keçirilib. Həmin imtahanda 7696 abituriyent iştirak edib, onlardan 6476 nəfəri imtahanı müvəffəqiyyətlə verərək "məqbul" qiymət alıb.

Qəbul qaydalarına əsasən, mayın 1-də keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda "qeyri-məqbul" qiyməti alan abituriyentlərə iyunun 12-də keçiriləcək "Azərbaycan dili" imtahanında iştirak etmək imkanı verilib.

Abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, "məqbul" alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti