...

İcra başçısı: Sel və daşqınlar İsmayıllının 15 kəndinə ciddi ziyan vurub, 7 körpü dağılıb (FOTO)

Cəmiyyət Materials 13 İyun 2016 10:40 (UTC +04:00)
İyunun 12-də İsmayıllı rayonuna yağan aramsız yağışlar nəticəsində rayona ciddi ziyan dəyib.
İcra başçısı: Sel və daşqınlar İsmayıllının 15 kəndinə ciddi ziyan vurub, 7 körpü dağılıb (FOTO)

Bakı. Samir Əli - Trend:

İyunun 12-də İsmayıllı rayonuna yağan aramsız yağışlar nəticəsində rayona ciddi ziyan dəyib. Bu barədə Trend-ə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov məlumat verib.

İcra başçısı bildirib ki, sel suları rayonun 10-dan artıq kəndə ciddi ziyan vurub: "Bir-neçə kənddə körpünü sel yuyub, kəndlərə verilən elektrik enerjisi və qaz xətlərinə ziyan dəydiyindən elektrik enerjisi və qazın verilməsi dayandırılıb".

İcra başçısı bildirib ki, sel suları nəticəsində rayonun Enişdibi kəndində 35 kilovoltluq elektrik xəttində metal anker-dayağın aşması nəticəsində 15 kəndə elektrik enerjisinin verilişi kəsilib. Talış qazpaylayıcı stansiyasından 11 kəndi qazla təchiz edən daşıyıcı kəmərin qırılması nəticəsində kəndlərə qaz verilişi kəsilib: "Qarakolluq kəndində 4, Kürdmaşı kəndində 3 körpü və kəndiçi yollar dağılıb. Əhən kəndinə gedən yolu sel suları dağıdıb. Buynuz, Kəlbənd, Kürdmaşı, Aşıqbayramlı, Quşencə, Balik, Talış, Enişdibi, Hapıtlı, Qarakolluq və Təzəkənd kənlərində yağan güclü leysan və dolu nəticəsində fərdi təsərrüfatlara və əkin sahələrinə ciddi zərər dəyib, sel suları nəticəsində mal-qara tələfatı var".

İcra başçısının sözlərinə görə, hadisə nəticəsində Quşencə, Zoğallıq, Kürdmaşı, Topçu və Buynuz kəndlərində həyətlərə və evlərə sel suları dolub.

Hazırda İsmayıllı rayon Fövqəladə Hallar Komissiyası tərəfindən rayona dəymiş ziyan dəqiqləşdirilir.

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti