...

"Formula 1" iştirakçıları Bakıda avtoqraf verdilər (FOTO)

Cəmiyyət Materials 16 İyun 2016 19:08
Bu gün "Formula 1" iştirakçıları Bakıda yarışsevərlərə avtoqraflar veriblər.
"Formula 1" iştirakçıları Bakıda avtoqraf verdilər (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün "Formula 1" iştirakçıları Bakıda yarışsevərlərə avtoqraflar veriblər.

Trend paytaxt sakinləri və qonaqlarının bu sevincini əks etdirən fotoları təqdim edir:

Qeyd edək ki, sabah Bakıda "Formula 1" üzrə dünya çempionatının 8-ci - Avropa Qran-pri yarışlarına start veriləcək.

Hər biri iki pilotla təmsil olunan 10 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti