...

"Bakı - Formula 1-in yeni ünvanı"

Cəmiyyət Materials 17 İyun 2016 19:26 (UTC +04:00)
Argentinanın “Diario Jornada” xəbər portalında ölkəmizdə keçirilən "Formula 1 Avropa Qran Prisi yarışları ilə bağlı “Bakı - Formula 1-in yeni ünvanı” başlıqlı məqalə yerləşdirilib.
"Bakı - Formula 1-in yeni ünvanı"

Bakı. Trend:

Azərbaycanın Argentinadakı səfirliyinin fəaliyyəti nəticəsində cari ilin 15 iyun tarixində Argentinanın “Diario Jornada” xəbər portalında ölkəmizdə keçirilən "Formula 1 Avropa Qran Prisi yarışları ilə bağlı “Bakı - Formula 1-in yeni ünvanı” başlıqlı məqalə yerləşdirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, məqalədə bildirilir ki, 90-cı illərdən etibarən "Formula 1" təqviminə bir sıra yeni şəhərlər əlavə olunub, lakin cümə günü bu yarışların tarixində yeni səhifə açılır və ilk dəfə olaraq Bakı şəhəri həmin yarışlara ev sahibliyi edəcək. Məqalədə, habelə Bakı Şəhər Halqası barədə məlumat verilib, 20 döngəsi olan həmin halqanın yarış təqvimində genişliyinə görə ikinci olduğu göstərilib.

Daha sonra məqalədə Bakı şəhəri haqqında məlumat verilib, şəhərin qədim hissəsində yerləşən Şirvanşahlar sarayı və Qız qalasının 2000-ci ildə YUNESKO-nun Dünya İrsi siyahısına daxil edildiyi, Bakıda 57-ci “Eurovision” musiqi yarışmasının, Birinci Avropa Oyunlarının keçirildiyi, şəhərin 2020-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcəyi qeyd olunub.

Məqaləyə, həmçinin "Formula 3" yarışlarında Azərbaycanı təmsil edən gənc pilot Gülhüseyn Abdullayevin yarış maşınında Bakı Şəhər Halqasında həyata keçirdiyi sınaq yürüşünü əks etdirən video əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti