...

Bakıdan zövq alan "Formula 1" azarkeşləri (FOTO)

Cəmiyyət Materials 19 İyun 2016 11:24 (UTC +04:00)
İyunun 17-dən Bakıda start götürən "Formula 1" Avropa Qran Prisi çox sayda turisti, "Formula"sevəri paytaxtımıza cəlb edib.
Bakıdan zövq alan "Formula 1" azarkeşləri (FOTO)

Bakı. Trend:

İyunun 17-dən Bakıda start götürən "Formula 1" Avropa Qran Prisi çox sayda turisti, "Formula"sevəri paytaxtımıza cəlb edib.

Trend həmişə qapıları mötəbər yarış və tədbirlərin iştirakçılarının, qonaqların üzünə açıq olan paytaxtımızdan zövq alan "Formula 1" azarkeşlərinin fotolarını təqdim edir.

Qeyd edək ki, bu gün "Formula 1" Avropa Qran Prisinin son günüdür.

Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışırlar.

Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin “Paddok klub”, komandaların boksları və pit-leyn qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti