• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Formula 1-in təşkilinə 3500-dən çox tələbə-könüllü cəlb olunub

23 İyun 2016 16:16 (UTC+04:00)
  • 0
  • 0

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakıda keçirilmiş “Formula 1” Avropa Qran Prisinin təşkilinə 42 ali təhsil müəssisəsi və 28 kolleci təmsil edən 3500-dən artıq tələbə-könüllü cəlb olunub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, tələbə-könüllülər arasında “Formula 1” Avropa Qran Prisi haqqında təbliğat aparmaq məqsədilə nazirliyin “Bir” Tələbə-Könüllü Proqramı tərəfindən fevral-mart aylarında ali təhsil müəssisələrində keçirilmiş təqdimatlar zamanı 11 000 tələbə məlumatlandırılıb. Nəticədə könüllü olmaq hüququ qazanmış tələbələr üç günlük yarış zamanı müxtəlif vəzifələrdə çalışaraq, dünyanın ən mötəbər idman növlərindən biri olan Formula 1-in təşkilində beynəlxalq təcrübə qazanıb, oyunun qaydalarını öyrənib, xarici mütəxəssislərlə bir komandada işləyiblər. Yarış zamanı könüllülər mütəmadi olaraq turistlər, xarici mütəxəssislərlə ünsiyyətdə olub, onlara ölkəmizin tarixi, təbiəti, beynəlxalq tədbirlərin təşkilindəki təcrübəsi və görməli yerləri haqqında məlumat veriblər. Tələbə-könüllülər komanda şəklində fəaliyyət göstərərək unudulmaz anlar yaşayıb və məşhur “Formula 1” pilotları ilə yaxından tanış olmaq imkanı qazanıblar.

Qeyd edək ki, martın 7-də Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı arasında könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsi haqqında anlaşma memorandumu imzalanıb. Memorandumu imzalayan gənclər və idman naziri Azad Rəhimov və təhsil naziri Mikayıl Cabbarov “Formula 1” Avropa Qran Prisi çərçivəsində könüllülük fəaliyyəti ilə əlaqədar birgə səy göstərməyin vacibliyi barədə razılıqlarını bildiriblər.

Tələbə-könüllülərin “Formula 1” yarışına yardımçı olması üçün Təhsil Nazirliyi tərəfindən hər cür şərait yaradılıb, ali təhsil müəssisəsi və kolleclərdə yarış müddətinə düşən imtahanların vaxtı dəyişdirilib. Habelə tələbə-könüllülərin yarış həyacanı ilə yaxından tanış olması və onlar arasında birlik ruhunun gücləndirilməsi məqsədilə “Bir” Tələbə-Könüllü Proqramı tərəfindən “Formula 1” təşkilat komitəsinin dəstəyi ilə aprel-may aylarında 1-ci Tələbələrarası Kartinq Çempionatı keçirilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Formula 1
Digər xəbərlər
Heydər Əliyev hava limanı "Formula 1" müddətində 118 mindən çox sərnişinə xidmət göstərib
Cəmiyyət 24 İyun 2016 16:07
Berni Ekklstoun: "Digər promouterlər Bakıdan yarışları necə keçirməyi öyrənməlidirlər"
İdman 22 İyun 2016 17:20
"Formula 1" Avropa Qran Prisinin kuboku ictimaiyyətə təqdim olundu (FOTO)
Cəmiyyət 20 İyun 2016 18:21
Tanınmış ulduz Farel Vilyams məşhur musiqi proqramı ilə "Formula 1" Avropa Qran Prisinə yekun vurub (FOTO)
Cəmiyyət 19 İyun 2016 23:51
Qran-Pri qalibi: Bakı trası "Formula 1" üçün əla uyğun gəldi (FOTO)
İdman 19 İyun 2016 20:06
"Formula 1" Azərbaycanın bu gözəlliyini dünyaya təqdim etmək üçün əla imkandır"
Cəmiyyət 19 İyun 2016 20:05
Xəbər lenti
Mühəndis sistem və qurğularında ekologiya məsələləri mövzusuna həsr olunan beynəlxalq konfrans öz işinə başlayıb (FOTO)
Cəmiyyət 17:20
Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib (FOTO)
Cəmiyyət 17:13
Dekabrın 11-nə manatın məzənnəsi
İqtisadiyyat 17:10
Azercell ilə dahi Nəsimininin irsindən zövq alın (VİDEO)
Cəmiyyət 17:05
YAP Xəzər rayon təşkilatı qadın seçicilərlə görüş keçirib (FOTO)
Cəmiyyət 16:57
Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi
Nəzər nöqtəsi 16:49
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı keçirilib (FOTO)
Siyasət 16:41
Prezident İlham Əliyev Keniya Prezidentini təbrik edib
Siyasət 16:35
Azərbaycan-Pakistan Birgə Komissiyasının tərkibində dəyişiklik edilib
Siyasət 16:31
Ən çox oxunanlar
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
FHN səfirlikdə baş verən tüstülənmə ilə bağlı məlumat yayıb (FOTO) (YENİLƏNİB)
Bakıda ticarət mərkəzi yanır (FOTO/VİDEO)
Bakıda gölməçədə avtomobil batıb
ABŞ Ermənistan vətəndaşlarının viza müraciətlərini kütləvi şəkildə rədd edib
Nəzər nöqtəsi
Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi

Əli Kərimlinin "Milli Şura"sı bu dəfə də oyunpozanlıq elədi

Heydər Əliyev – xalqın ehtiram ünvanı
Politoloq: Azərbaycanla Rusiya arasında bütün sahələr üzrə əməkdaşlıq mövcuddur (VİDEO)
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri