...

AMEA İtaliyanın Elmi Şurası ilə əməkdaşlıq edəcək (FOTO)

Cəmiyyət Materials 24 İyun 2016 13:29 (UTC +04:00)
İtaliyanın Milli Elmi Şurası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlıq sazişi imzalanıb.
AMEA İtaliyanın Elmi Şurası ilə əməkdaşlıq edəcək (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

İtaliyanın Milli Elmi Şurası ilə Azərbaycan Milli Elmlər Akademiyası arasında əməkdaşlıq sazişi imzalanıb.

Akademiyadan Trend-ə verilən məlumata görə, İtaliyanın Milli Elmi Şurasının (CNR) rəhbəri və İdarə Heyətinin nümayəndələri ilə keçirilən görüşün əsas məqsədi CNR ilə AMEA arasında mövcud olan elmi əməkdaşlıq sazişinin yenilənməsi, 2011-ci ildən indiyədək iki qurumun birgə elmi layihələrinin nəticələrinin müzakirəsi idi.

Müzakirələr zamanı İtaliyanın elmi müəssisələri ilə AMEA-nın institut və təşkilatları arasında mövcud əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Elmi əməkdaşlıq sazişi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və CNR-in prezidenti, professor Massimo İnquskio, əməkdaşlıq proqramı isə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Beynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, xanım Virjiniya Koda Nunziante arasında imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti