...

9 illik təhsil bazasında kolleclərə ixtisas seçimi başa çatır

Cəmiyyət Materials 18 İyul 2016 16:29 (UTC +04:00)
Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.
9 illik təhsil bazasında kolleclərə ixtisas seçimi başa çatır

Bakı. Trend:

Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumatda belə deyilir.

Saat 15:30-a olan məlumata əsasən, 13577 nəfər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” formasını doldurub və təsdiq edib. 104 abituriyent isə ixtisas seçimi etməsinə baxmayaraq, elektron ərizəsini təsdiq etməyib. “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” forması yalnız təsdiq ediləndən sonra hüquqi əsasa malik olur. Müsabiqəyə yalnız qeyd olunan vaxtadək ərizəsində ixtisasları seçmiş və təsdiq etmiş abituriyentlər buraxılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti