...

Neftçilər prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Cəmiyyət Materials 5 Avqust 2016 11:13 (UTC +04:00)
"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə əlaqədar sürücüləri diqqətli olmağa çağırıb.
Neftçilər prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakı. Samir Əli - Trend:

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə əlaqədar sürücüləri diqqətli olmağa çağırıb.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, paytaxtda avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgi və yol göstərici xətlərinin, həmçinin piyada keçidlərinin (zolaqların) yenidən rənglənməsi işləri davam etdirilir.

Bu çərçivədə axşam saat 22:00-dan etibarən səhər saatlarına qədər, Neftçilər prospektində (Əziz Əliyev küçəsinin başlanğıcından Rixard Zorge küçəsinin kəsişməsinə qədər olan hissəsində) yol cizgi və yol göstərici xətlərinin rənglənməsi işləri aparılacaq . Bununla əlaqədar olaraq sözügedən prospektdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti