...

​İmişlidə növbəti zəlzələ

Cəmiyyət Materials 10 Avqust 2016 14:54 (UTC +04:00)
İmişli rayonunda növbəti dəfə zəlzələ olub.
​İmişlidə növbəti zəlzələ

Trend-i buradan izləyin

Bakı. Trend:

İmişli rayonunda növbəti dəfə zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 14:30:13-də Beyləqandan 35 km şimal-şərqdə İmişli rayonu ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələnin maqnitudası 3.0, dərinliyi 28 km olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti