...

Radik İsayev: "Qələbəmi anama həsr edirəm"

Cəmiyyət Materials 21 Avqust 2016 10:45 (UTC +04:00)
Hələ Olimpiya çempionluğunun nə demək olduğunu başa düşməmişəm. Hazırda ancaq ayağımda ağrılar hiss edirəm"
Radik İsayev: "Qələbəmi anama həsr edirəm"

Bakı. Trend: 

"Hələ Olimpiya çempionluğunun nə demək olduğunu başa düşməmişəm. Hazırda ancaq ayağımda ağrılar hiss edirəm". 

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Trend-ə verdiyi məlumata görə, bunu Rio-2016-da qızıl medal qazanan Azərbaycan taekvondoçusu Radik İsayev deyib. 

Radik İsayev deyib: “Mən hər döyüşə çıxanda bacardığımın ən yaxşısını etmək üçün çalışıram. Rəqiblərimin hamısını tanıyırdım. Olimpiadadan medalsız qayıtmamağı düşünürdüm. Məqsədim mükafatçılar sırasında düşmək idi. Amma finala çıxdım, qızıl medal qazandım. Finaldakı rəqibimi baş məşqçinin tapşırıqlarını yerinə yetirməklə məğlub etdim. Döyüş vaxtı da yalnız məşqçimin dediklərini edirdim. Qələbəmi isə ilk azarkeşlərimə - valideynlərimə, anama həsr edirəm”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti