...

Baş məşqçi: “Təslim olmayacağıq və irəliyə addımlayacağıq”

Cəmiyyət Materials 24 Avqust 2016 02:31 (UTC +04:00)
Azərbaycanın Gimnastika Federasiyasının, həmçinin Gənclər və İdman Nazirliyinin rəhbərlikləri gimnastımız Marina Durundanın Rio-2016-da çıxışını yüksək qiymətləndirdilər
Baş məşqçi: “Təslim olmayacağıq və irəliyə addımlayacağıq”

Bakı. Trend:

Azərbaycanın Gimnastika Federasiyasının, həmçinin Gənclər və İdman Nazirliyinin rəhbərlikləri gimnastımız Marina Durundanın Rio-2016-da çıxışını yüksək qiymətləndirdilər.

Bunu Trend-ə bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasileva bildirib.

O, qeyd edib: “Federasiyamızın rəhbərliyi, eləcə də Gənclər və İdman Nazirliyinin rəhbərliyi bizi təbrik etdilər və çıxışımızdan razı qaldıqlarını bildirdilər. Digər ölkələrin nümayəndələrinin də Marinanın olimpiadada yüksək səviyyəli çıxış etdiyini qeyd etmələri xüsusilə xoş oldu. Biz təslim olmayacağıq və irəliyə doğru addımlayacağıq”.

Baş məşqçi M.Durundanın çıxışından razı qaldığını deyib və hesab edir ki, bu uğur Tokioda keçiriləcək 2020-ci il Olimpiya Oyunlarında yaxşı nəticənin əldə olunması üçün təkan olacaq.

Nazir Rio-2016-da hakim qərarlarından narazıdır: "Marina Durunda bürünc medala layiq idi"

Nazir Rio-2016-da hakim qərarlarından narazıdır: "Marina Durunda bürünc medala layiq idi"

M.Vasileva əlavə edib: “Prinsipcə, Marina ondan tələb olunan tapşırıqları yerinə yetirdi, hətta artıqlaması ilə. İlk iki hərəkətdən sonra verilən qiymət gözlədiyimizdən aşağı oldu və biz finala yüksələ bilməyəcəyimizi anladıq. Amma şükür Allaha ki, Marinaya və hamımıza güc verdi. Braziliyalı tamaşaçılara və bizi dəstəkləyən hamıya təşəkkürlər! Bir çoxları 20 gün ərzində bizim məşqlərimizi izlədi və gördülər ki, finalçılar arasında olmağa layiqik. Marina bütün dörd hərəkəti səhvsiz yerinə yetirdi və bu nəticə ona finala çıxmağa kömək etdi, finalda isə ondan daha yaxşı çıxış tələb olunurdu və o bunu etdi. Mən ondan çox razıyam və hesab edirəm ki, bu onun üçün Tokio-2020 yolunda tramplin olacaq”.

 Qeyd edək ki, Azərbaycanı Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında təmsil edən idmançılar bu gün Vətənə qayıdıblar.

Rio-2016-da Azərbaycan idmançıları ilk dəfə 18 medal qazanıblar: 1 qızıl, 7 gümüş və 10 bürünc medal. Həmçinin Azərbaycan Rio-de-Janeyro olimpiadasında ilk dəfə 4 idman növü - kamandan oxatma, kanoe slalom, trek velosipedi və triatlon üzrə təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti