Bakı. Trend:
12-13 sentyabr Qurban bayramı ilə əlaqədar “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərməyəcək.
Xidmətin informasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, 14 sentyabrdan vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.