...

Vaqif Əsədov: Bu gün Bakıda xəsarətlə nəticələnən yol qəzası olmayıb

Cəmiyyət Materials 15 Sentyabr 2016 16:36 (UTC +04:00)
15 sentyabr - Bilik Günü ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtdakı təhsil müəssisələri ətrafında və digər ərazilərdə sıxlığın qarşısını almaq üçün xidməti davam etdirirlər.
Vaqif Əsədov: Bu gün Bakıda xəsarətlə nəticələnən yol qəzası olmayıb

Bakı. Samir Əli - Trend:

15 sentyabr - Bilik Günü ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtdakı təhsil müəssisələri ətrafında və digər ərazilərdə sıxlığın qarşısını almaq üçün xidməti davam etdirirlər.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Bilik günü Bakıda iki yol qəzası baş verdi

Bilik günü Bakıda iki yol qəzası baş verdi

Onun sözlərinə görə, səhər saat 07:30 radələrindən etibarən yol polisi əməkdaşları təhsil müəssisələrini və ətraf ərazidəki avtomobil yollarını, piyada keçidlərini nəzarətdə saxlayır: "Hələlik paytaxt ərazisində tıxac yaranmayıb, yol polisləri yol ayrıcları və piyada keçidlərinə nəzarəti davam etdirir. Paytaxtda cüzi sıxlıq yalnız təhsil müəssisələrinin ətrafında baş verir. Bu da gözləniləndir. Hazırda yol polisi əməkdaşları paytaxtda hərəkətin təhlükəsizliyinin təmin edilməsi, insanların rahat hərəkəti üçün tədbirlərini davam etdirirlər".

V.Əsədov qeyd edib ki, hələlik paytaxtda xəsarətlə nəticələnən yol qəzası baş verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti