...

"Beynəlxalq Bank işi" məhkəməsinin istintaqı yekunlaşdı (YENİLƏNİB)

Cəmiyyət Materials 21 Sentyabr 2016 14:08 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Beynəlxalq Bank işi" məhkəməsinin istintaqı yekunlaşdı (YENİLƏNİB)

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, prosesdə cinayət işində olan sənədlərin tədqiqi başlanıb.

C.Hacıyevin vəkili Aqil Layicov Dünyamin Xəlilov və Xəqani Bəşirov adlı şəxslərin məhkəməyə şahid qismində dəvət olunması ilə bağlı vəsatət qaldırıb.

Dövlət ittihamçısı Fərid Nağıyev qaldırılan vəsatətin təmin olmunmamasını istəyib.

Hakim bildirib ki, vəsatətlə bağlı qərar fasilədən sonra açıqlanacaq.

Məhkəmədə fasilə elan olunub.

Fasilədən sonra hakim vəsatətin təmin edilmədiyini deyib.

Prosesdə məhkəmə istintaqının yekunlaşdığı bildirilib. Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. İş üzrə növbəti məhkəmə prosesi sentyabrın 27-ə təyin edilib.

Qeyd edək ki, C.Hacıyev və digər 7 nəfər Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti