...

Azərbaycan vətəndaşlarının elektron sağlamlıq kartı ilə təmin olunma səviyyəsi artırılacaq

Cəmiyyət Materials 21 Sentyabr 2016 14:40 (UTC +04:00)
Azərbaycan vətəndaşlarının elektron sağlamlıq kartı ilə təmin olunma səviyyəsi artırılacaq.
Azərbaycan vətəndaşlarının elektron sağlamlıq kartı ilə təmin olunma səviyyəsi artırılacaq

Bakı. Trend:

Azərbaycan vətəndaşlarının elektron sağlamlıq kartı ilə təmin olunma səviyyəsi artırılacaq.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulur.

Dövlət Proqramının məqsədinə nail olunması üçün İKT infrastrukturunun cari və gələcək tələbatı nəzərə alınmaqla inkişaf etdirilməsi, onun əsasında keyfiyyətli xidmətlər göstərilməsi və onlara çıxış imkanlarının təmin olunması; rəqabətqabiliyyətli və ixracyönlü yüksək texnologiyalar sektorunun inkişaf etdirilməsi, elmtutumlu və yüksək texnoloji məhsulların istehsalı və onların dünya bazarına çıxışına şərait yaradılması, yerli və xarici investisiyaların stimullaşdırılması, qabaqcıl təcrübənin və yeni texnologiyaların idxalı və texnoloji transferin təmin olunması; yüksək texnologiyalar sahəsində elmi-texniki potensialın gücləndirilməsi, nüvə, nano və kosmik texnologiyaların, biotexnologiyaların inkişafı üzrə elmi tədqiqatların genişləndirilməsi, informasiya cəmiyyətinin tələblərinə uyğun yeni bilik və texnologiyaların yaradılması və yayılması; yüksək texnologiyalar sahəsinin tələblərinə cavab verən elmi və ixtisaslı kadrların hazırlanması, alim və mütəxəssislərin elmi fəaliyyətinin, gənclərin yeni təşəbbüslərinin və "start-up" layihələrinin dəstəklənməsi nəzərdə tutulur.

Ölkədə işçi qüvvəsinin keyfiyyətinin yaxşılaşdırılması, rəqabətədavamlı kadr potensialının formalaşdırılması məqsədilə peşə təhsili sistemində multimedia texnologiyalarının, distant təhsil və digər müasir tədris formalarının tətbiqinin genişləndirilməsi; cəmiyyətin bütün təbəqələrinin İKT-dən istifadə imkanlarının genişləndirilməsi, bilik və bacarıqlarının yüksəldilməsi və yeni texnologiyalara inamın artırılması; informasiya təhlükəsizliyinin təmin edilməsi, bu sahədə ümumi hazırlığın və maarifləndirmənin yüksəldilməsi də nəzərdə tutulan tədbirlər sırasındadır.

Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsindən aşağıdakı nəticələr gözlənilir:

- ölkədə İKT, o cümlədən genişzolaqlı şəbəkə infrastrukturu inkişaf etdiriləcək, əhalinin təhlükəsiz, ucuz və keyfiyyətli İKT xidmətlərinə artan tələbatı təmin olunacaq;

- sosial-iqtisadi sahələrdə və bütövlükdə cəmiyyətdə İKT-dən istifadə genişləndiriləcək, vətəndaşların, xüsusilə aztəminatlı və sosial cəhətdən həssas əhali qruplarının informasiya cəmiyyətinin imkanlarından bəhrələnməsinə əlverişli şərait yaradılacaq;

- əhalinin müxtəlif qrupları, şəhər və kənd yaşayış məntəqələri arasında "rəqəmli fərqlilik" azaldılacaq;

- ümumi daxili məhsulda İKT-nin, poçt və informasiya sektorunun payı artırılacaq;

- yüksək texnologiyalar sektoru ilə elmi tədqiqatlar arasında əlaqə möhkəmləndiriləcək, kosmik, nano və nüvə texnologiyaları, biotexnologiya, elektronika və yeni informasiya texnologiyaları üzrə elmi tədqiqatlar və onların nəticələrinin tətbiqi genişləndiriləcək;

- yüksək texnologiyalar sahəsinin ixtisaslı mütəxəssislərə və elmi kadrlara olan ehtiyacının ödənilməsinə şərait yaradılacaq;

- təhsilin bütün pillələrində İKT-nin tətbiqi və ondan istifadə genişləndiriləcək;

- vətəndaşların elektron sağlamlıq kartı ilə təmin olunması səviyyəsi artırılacaq;

- distant təhsil, elektron elm, elektron ticarət, telesəhiyyə və digər müasir fəaliyyət formalarının tətbiqi genişləndiriləcək;

- milli-mədəni irsin qorunması üzrə elektron resursların sayı artırılacaq və Azərbaycan dilində internet resursları inkişaf etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti