Bakı. Trend:
2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) günü ilə əlaqədar həmin günün qeyri-iş günü olmasına baxmayaraq, Daxili İşlər Nazirliyinin şəhər-rayon polis orqanlarının müvafiq qurumlarında şəxsiyyət vəsiqəsinin alınması üçün sənədlərin qəbulu səhər saat 8.00-dan axşam saat 20.00-dək həyata keçiriləcək.
Bu barədə Trend-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.