...

Sabah qar yağacaq

Cəmiyyət Materials 29 Sentyabr 2016 12:35 (UTC +04:00)
Sentyabrın 30-da Azərbaycan ərazisində hava şəraiti açıqlanıb.
Sabah qar yağacaq

Bakı. Trend:

Sentyabrın 30-da Azərbaycan ərazisində hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturunun yarımadada gecə 13-15° isti, gündüz 18-21° isti olacağı, Bakıda isə gecə 13-15° isti, gündüz 18-20° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Sentyabrın 30-dan oktyabrın 1-i gündüzədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Mülayim şərq küləyi arabir güclənəcək.

Havanın temperaturunun gecə 11-16° isti, gündüz 18-23° isti, dağlarda gecə 3-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti