...

BDU-nun SABAH qrup tələbəsi Erasmus proqramında iştirak edib (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2016 14:31 (UTC +04:00)
BDU-nun SABAH qrup tələbəsi Erasmus tələbə mübadiləsi proqramında iştirak edib
BDU-nun SABAH qrup tələbəsi Erasmus proqramında iştirak edib (FOTO)

Bakı. Trend:

BDU-nun SABAH qrup tələbəsi “Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi" və “Belçika Türk Dərnəkləri Birliyi”nin birgə layihəsi olan Erasmus tələbə mübadiləsi proqramında iştirak edib. BDU-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan III kurs tələbəsi Nərgiz Qarayevanın iştirak etdiyi proqram zamanı tələbələr multikultiralizmlə bağlı müzakirələrdə iştirak ediblər.

Natiqlər Alderman Ali Caglar, Emir Kir , tarixçi Tina De Ghent ilə öyrənmə ərəfəsində müsbət və mənfi təcrübə, türklərin Belçikaya gəlmə tarixləri haqqında söhbətlər aparılıb. Tələbələr bir çox tarixi yerləri, muzeyləri ziyarət edib, Avropa Komissiyasında Simon Pascoenın təlimində iştirak edərək komissiyanın strukturu və Federal Parlamentin iş sistemi ilə tanış olublar.
Bir həftəlik proqram sonunda tələbələrə Avropa Komissiyası tərəfindən təsdiqlənmiş Erasmus+ ( youth exchanges) sertifikatı və hədiyyələr təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti