...

İƏT Gənclik Günü təsis ediləcək (FOTO)

Cəmiyyət Materials 7 Dekabr 2016 16:03 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏT GF), təşkilatın sədri Elşad İskəndərovun başçılıq etdiyi nümayəndə heyəti ilə Ciddə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) qurumlarının illik Əlaqələndirmə İclasında iştirak edib.
İƏT Gənclik Günü təsis ediləcək (FOTO)

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (İƏT GF), təşkilatın sədri Elşad İskəndərovun başçılıq etdiyi nümayəndə heyəti ilə Ciddə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) qurumlarının illik Əlaqələndirmə İclasında iştirak edib.

Təşkilatdan Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində İƏT Gənclər Forumu nümayəndə heyətinin İƏT-in yeni seçilmiş Baş Katibi Yusif Əl-Useymin ilə görüşü də keçirilib.

Görüş zamanı, İƏT GF-nin İslam aləmində gənclərin inkişafı istiqamətində fəaliyyətini yüksək qiymətləndirən Y.Useymin, Foruma yeni mandatın - İƏT Gənclər və İdman Nazirləri Konfransının Daimi Katiblik funksiyasının - verilməsi ilə əlaqədar E.İskəndərovu təbrik etmiş və bu vəzifədə olduğu müddətdə də Foruma hərtərəfli dəstək verəcəyini bildirib.

Öz növbəsində Y.Useymini üzv dövlətlərin yekdil qərarı ilə İƏT Baş Katibi seçilməsi münasibətilə təbrik edən E.İskdəndərov onu İƏT GF-nin İƏT Gənclər və İdman Nazirlərinin 3-cü Konfransında qəbul edilmiş qərarların icrası istiqamətində hazırlanan tədbirlər planı ilə tanış edib.

Görüş zamanı E.İskəndərov İƏT miqyasında ortaq Gənclik Gününün təsis edilməsi təşəbbüsünü irəli sürüb. Forumun yaradılması və inkişafında Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayə və təşəbbüsləri haqqında İƏT Baş Katibini məlumatlandıran İƏT Gənclər Forumunun sədri belə bir gün üçün, hər iki liderin iştirakı və xeyir duası ilə Gənclər Forumunun 2006-ci ildə İstanbulda gerçəkləşdirilmiş açılış mərasimi tarixinin - 3 sentyabrın seçilməsini təklif edib. Təklifi məmnuniyyətlə qəbul edən Y. Useymin Azərbaycan Respublikası Prezidentinin İƏT çərçivəsində təşəbbüs və quruma dəstəyini yüksək qiymətləndirib, ən yaxın zamanda Azərbaycana səfər etmək niyyətini ifadə edib. Görüşdə İƏT Gənclik Gününün təsis edilməsilə əlaqədar təşəbbüsün yaxın vaxtlarda hazırlanaraq İƏT-nin növbəti Xarici İşlər Nazirləri Konfransına təsdiq üçün təqdim edilməsi haqqında razılıq əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti