...

"Hava limanı" - "28 May" ekspress avtobusunun saytı istifadəyə verildi

Cəmiyyət Materials 8 Dekabr 2016 14:06 (UTC +04:00)
“Hava limanı” - “28 May” ekspress xətt avtobusunun internet saytı yaradılıb.
"Hava limanı" - "28 May" ekspress avtobusunun saytı istifadəyə verildi

Bakı. Samir Əli - Trend:

Hava yolu ilə Bakıya gələn turistlərin şəhər mərkəzinə gediş-gəlişini asanlaşdırmaq üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) təşəbbüsü ilə istifadəyə verilən “Hava limanı” - “28 May” ekspress xətt avtobusunun internet saytı yaradılıb.

Bu barədə Trend-ə qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, ekspress xətt avtobusundan əsasən ölkəmizə səyahət edən xarici ölkə vətəndaşlarının istifadə etməsini nəzərə alaraq, Agentlik bu marşrut xətti ilə bağlı bütün məlumatları özündə əks etdirən internet resursu olan www.aeroexpress.az saytını istifadəyə verib.

Qeyd edək ki, BNA yaxın vaxtlarda paytaxtın ictimai nəqliyyat şəbəkəsi ilə bağlı məlumatları və elektron xidmətləri əhatə edən daha bir neçə internet saytı istifadəçilərə təqdim edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti