...

"Azəravtoyol": Hərəkətin təhlükəsizliyi üçün gecə qabaqlayıcı tədbirlər görülüb (FOTO/VİDEO)

Cəmiyyət Materials 16 Dekabr 2016 10:33 (UTC +04:00)
Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq, ötən gün axşam saatlarından etibarən “Azəravtoyol” ASC-i Bakı şəhərində balansında olduğu küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına kifayət qədər maşın-mexanizm və texnika çıxarıb.
"Azəravtoyol": Hərəkətin təhlükəsizliyi üçün gecə qabaqlayıcı tədbirlər görülüb  (FOTO/VİDEO)

Bakı. Trend:

Qeyri-sabit hava şəraiti ilə bağlı olaraq, ötən gün axşam saatlarından etibarən “Azəravtoyol” ASC-i Bakı şəhərində balansında olduğu küçə və prospektlərə, o cümlədən respublikanın avtomobil yollarına kifayət qədər maşın-mexanizm və texnika çıxarıb.

“Azəravtoyol” ASC-dən Trend-ə verilən məlumata görə, qar təmizləyən və qum səpən texnikalar avtonəqliyyat vasitələrinin hərəkətində problem müşahidə olunan ərazilərə cəlb edilib. Qısa müdət ərzində sözügedən yollarda qarın tmizlənməsi və duz-qum qarışığının səpilməsi işləri həyata keçirilib. Nəticədə hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.

“Azəravtoyol” ASC-yə məxsus maşın-mexanizmlər və canlı qüvvə gecə boyu qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilərdə vəziyyətə nəzarət edib, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə gecə və səhər saatlarında buzlaşma baş verən yollara qum-duz qarışığı səpilib.

Qeyd edək ki, gecə boyu Bakı şəhərinin küçə və prospektlərində, həmçinin respublikanın avtomobil yollarında həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində səhər saatlarında avtonəqliyyat vasitələrinin hərəkətində problemlər müşahidə olunmayıb. Hazırda da yollarda vəziyyət normaldır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti