...

Dostunu ana söyüşünə görə öldürən şəxsin məhkəməsi başlayıb

Cəmiyyət Materials 28 Dekabr 2016 12:43 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Laçın Teymurovun cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası başlayıb.
Dostunu ana söyüşünə görə öldürən şəxsin məhkəməsi başlayıb

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Laçın Teymurovun cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası başlayıb.

Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası 2017-ci il yanvarın 10-na təyin edilib.

İttihama görə, bu il sentyabrın 11-də Xətai rayonunda Füzuli rayon sakini L.Teymurov münaqişə zəminində Bakı şəhər sakini Fərid Məmmədova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib. F.Məmmədov hadisə yerində ölüb. Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Teymurov tutulub.

Hadisənin araşdırılması ilə məlum olub ki, L.Teymurov avtomobili ilə F.Məmmədovun çalışdığı avtomobil yuyulması məntəqəsində zarafatlaşarkən F.Məmmədov L.Teymurovun anasını təhqir edib. O, bunu zarafat məqsədi ilə etdiyini desə də, L.Teymurov bu hərəkətdən əsəbləşib. Bir neçə saat sonra L.Teymurov F.Məmmədovun yaşadığı ünvana gedib və bir neçə bıçaq zərbəsi ilə onu qətlə yetirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti