...

A-Qroup körpənin müalicəsi üçün 80 min manat ödəyib

Cəmiyyət Materials 11 Yanvar 2017 17:49 (UTC +04:00)
Keçən ildən etibarən İzmir şəhərinin (Türkiyə) həkimləri və A-Qroup Sığorta Şirkəti endokrin sistemin onkoloji xəstəliyi neyroblastoma diaqnozlu körpənin həyatı uğrunda mübarizə aparırlar.
A-Qroup körpənin müalicəsi üçün 80 min manat ödəyib

Bakı. Trend:

Keçən ildən etibarən İzmir şəhərinin (Türkiyə) həkimləri və A-Qroup Sığorta Şirkəti endokrin sistemin onkoloji xəstəliyi neyroblastoma diaqnozlu körpənin həyatı uğrunda mübarizə aparırlar.

Şirkətdən Trend-ə verilən məlumata görə, müalicə müddəti ərzində A-Qroup 80 000 AZN-ə yaxın ödəniş həyata keçirib. Sığorta şirkəti ödənişləri müalicənin mərhələlərinə uyğun
olaraq həyata keçirir.

Qarşıda bizi hələ müalicənin növbəti ayları gözləyir. Biz ümid edir və inanırıq ki, hər şey müsbət sonluqla bitəcək.

A-Qroup Sığorta Şirkəti öz müştərilərinin qayğısına qalan və onları beynəlxalq standartlara uyğun, yüksək keyfiyyətli xidmətlə təmin edən şirkət olaraq qalmaqda davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti