Bakı. Trend:
Respublikanın çay və transsərhəd çaylarında son 10 gün üzrə sululuq səviyyəsi açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-210, Kiçik Qafqazın çaylarında 170-230, Lənkəran-Astara bölgəsi çaylarında isə 40-90 faizini təşkil edir.
Tranzit çaylarda vəziyyətə gəlincə, son gün üzrə Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 128 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 157 m3/s olmaqla ongünlük normanın 98 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 47 m3/s olmaqla, ongünlük normanın 70 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 54 m3/s olmaqla ongünlük normanın 81 faizini təşkil edib.
Kür çayının aşağı axınında vəziyyətə gəlincə, ötən gün üzrə Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 3, Salyanda 2, Bankədə 4 və Araz çayının Novruzlu məntəqəsində 9 sm azalma, lakin Şirvan məntəqəsində isə 4 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 457 (2016-cı il yanvarın 13-də 449 sm), Şirvanda 359 (2016-cı il yanvarın 13-də 349 sm), Salyanda 317 (2016-cı il yanvarın 13-də 308 sm), Bankədə 239 (2016-cı il yanvarın 13-də 232 sm), Araz çayının Novruzlu məntəqəsində isə 176 sm (2016-cı il yanvarın 13-də 176 sm) təşkil edir.