...

AMEA-nın institutuna yeni təyinatlar oldu

Cəmiyyət Materials 19 Yanvar 2017 15:38 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutuna yeni təyinatlar olub.
AMEA-nın institutuna yeni təyinatlar oldu

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutuna yeni təyinatlar olub.

Akademiyadan Trend-ə verilən məlumata görə, Rəyasət Heyətinin növbəti iclasında Neft və Qaz İnstitutunun direktor müavini və elmi katibi təyin olunub.

Rəyasət Heyətinin qərarları ilə geologiya-mineralogiya üzrə elmlər doktoru Vaqif Qurbanov bu müəssisənin elmi işlər üzrə direktor müavini, yer elmləri üzrə fəlsəfə doktoru Şəlalə Hüseynova isə elmi katibi vəzifələrinə seçiliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti